Dərc edildi: Baxış sayı: 899
Cəfər Cabbarlı - Oyanıb
Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,
Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Hamısı hümmət edir, qeyrət edir, ibrət edir,
Eləyir cümlə nəzər işləri sahman, oyanıb.
Oyanıb millət əcəb, tapdı nicatın yolunu,
Oxuyub elm, kəlam etməyə insan oyanıb.
Sübh açıldıqda böyüklər yüyürürlər qabağa,
Dalca gəlməkliyə də millət obaşdan oyanıb.
Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab,
Çox mübarək, bu “Babayi-Əmir" əlan oyanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət