Dərc edildi: Baxış sayı: 4312
Cəfər Cabbarlı - Ölmək
Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!
Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət