Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Namə

Cəfər Cabbarlı - Namə
Sakura

Cəfər Cabbarlı - Namə

(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündə eynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):

Aşna, çox xoşdur bu dövran, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Salma səs, xalqı oyatma, iş düşər çox əngələ, 
Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ. 
Layla çal qoy bir qədər yatsın, uşaqdır çün hələ, 
Böylə dövran lap qiyamət qopsa da düşməz ələ. 
Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən, 
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Söylə mövhumatı, qoy məxluq düşsün heyrətə, 
Söylə, zülmü, tarı qismət eyləmişdir övrətə, 
Arvadı incitməyi isnad versin qeyrətə. 
Qorxma, jurnallar nə yazsa kar eyləməz millətə. 
Lap qırılsa evdə nisvan, mən bilim qoy, bir də sən. 
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Söylə mövhumatı, Adəmdən tutub bu əsrədək, 
Vaxtımız çoxdur hədisbazlıqdan ötrü həsr edək. 
Xəlqin əqlin çaşdıraq, vardırsa bir az, kəsr edək. 
Döndərib bu sayədə köhnə komanı qəsr edək. 
Toz tutarsa evdə Quran, mən bilim qoy, bir də sən, 
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Siğə təklif eylə xalqa, qoy hamı sevsin səni, 
Noxtala ha, mən biləndir, çək bir İran ölkəni, 
Kimdə gördün var fərasət, söylə bu olmuş yeni, 
Tez bir ad qoy - babıdır de, lap cuhuddur, erməni 
Olsa da həqgu bir insan, mən bilim qoy, bir də sən, 
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Al zəkati-xümsü, onlar bizlərə məxsusdur,
Bivələr, baxma həyatından hamı məyusdur.
Hər biri gördün gözəldir, siğə qıl, namusdur
Qaldığı qoy ac otursun, qisməti əfsusdur.
Versələr də ac-susuz can, mən bilim qoy, bir də sən,
Layla, çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Cəhd elə, ta qoyma millət bir ayılsın xabidən, 
Hökm elə şairlərə yazsın şərabi-namidən. 
Hər mühərrir dinsə, döydür, taki düşsün tabidən.
Qoyma millət bir də çıxsın düşdüyü girdabidən. 
Çırpınır zillətlə hər yan, mən bilim qoy, bir də sən, 
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR