Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Müfəttiş

Cəfər Cabbarlı - Müfəttiş
Sakura

Cəfər Cabbarlı - Müfəttiş

I

Dünəndən bəri bu işi aydınlaşdırmaq üçün tələsik-tələsik yürüyən, həyat çovğunundan qansız dodaqlarını gəmirən Həmid indi birdən-birə özünü itirmiş, şaşqın və ürkək bir halda cumub baxırdı.
Zatən həmişə Həmid nagəhani və gözlənilməz bir hadisəyə təsadüf edincə, bir neçə saniyə hərəkətsiz cumub donuq-donuq qarşıya baxar və birdən-birə yerindən tərpənib, qəti və cəld hərəkətlərlə bir iş görərdi.
Fəqət bu dəfə öylə deyildi, bütün varhğim müdhiş bir həyəcan bü-rümüş, bütün bədəni anlaşümaz bir iztirab içində titrəyirdi. İlk görüşdə bir dəhşət içində iri gözlərini və böyük ağzını ayırıb, cəld bir hərəkətlə geri fırlanmış və boğulurmuş kimi, bir dəqiqə dərin-dərin, fəqət kəsmə-kəsmə nəfəs almışdısa da, indi heç bir şey düşünmürmüş kimi, mənasızcasına cumub qarşıya baxırdı. Ancaq bu görkəmi Həmid öz halını gizlətmək qəsdilə güclə yaratmışdı. Diqqətli bir göz isə onun bütün varlığında dəhşətli bir iztirab çırpındığını aydın görərdi. Bəzən çöhrəsi ölü üzü kimi saralır, bəzən qızanr, bəzən də başı hərlənirmiş kimi, yerindən tərpənirdi.
Doğrudan da, Həmid bir saniyə dəli kimi olmuşdu. Hərdən qan beyninə hücum edir, gözlərini dəlirdi. Ağır və müdhiş bir şey onun ürəyini öylə sıxırdı ki, bəzən az qalırdı yerə çırpılıb özündən getsin, ancaq bütün qüvvət və iradəsini toplayıb saxlayırdı. O bilirdi ki, qadın deyən sözlərin hamısı doğrudur. İndi isə tamamilə inanırdı.
Evdəkilər bu halın nədən irəli gəldiyinə təəccüb edirdilər, fəqət bununla bərabər, nə isə fəna bir şey olacağını duyurdular. Bu aralıq Həmid ufaq bir hərəkətlə çiyinlərini tərpədib, düşünmədən, daha doğrusu, özü belə hiss etmədən biixtiyar: "Bəli, bədbəxtlik", - deyə inildədi. Çox keçmədən Həmid kəndini toplamışdı, zatən əvvəldə fövqəladə bir sürətlə haldan-hala girir və simasındakı dəyişikliklər tələsik bir-birini təqib edirdi. Artıq bir şey kəsdirmiş kimi, sərt bir hərəkətlə cəld başını qaldırdı. Dəminki tərəddüd, şaşqınlıq və iztirab büsbütün itmişdi. İndi Həmid hərəkətlərində sərt, ciddi və qəti bir hal almışdı.

II

Günün yalnız gün batanda qalmış sarımtıl saçaqları getdikcə azalır, yerinə vərəmli bir sarılıq, daha doğrusu, yüngül bir qaranlıq qonurdu. Ara-sıra sərsəm bir yel əsir, harada isə uzaqlarda qapıları çırpıb taqqıldadır, hava qaraldıqca ətrafı anlaşılmaz bir kədər bürüyürdü. Sər¬səm küləyin kobud vıyıltısı, yarpaqların yüngül xışıltısı, dəniz dalğalarının uzaqdan gələn tutqun xumurtusu bir-birinə qarışıb, bulanıq bir gurultu ilə aranı doldurdu. Hava elə tutqun və bulanıq idi ki, gizli bir qüssə insanın ürəyini sıxırdı. Xüsusən qapıların bir-birinə oxşar, fəqət nizamsız eşidilən səsi Həmidin sinirlərini didirdi. Dərin bir ahla qalxıb pəncərəni örtdü, yenə ölgün bir hərəkətlə çox da təzə olmayan sandalı üzərinə oturunca, otaq həm qaranlıqlaşdı, həm də birdən-birə səs-səmir kəsildi. Ağır və tutqun bir qüssə, daha doğrusu, dumanlı bir xatirat Həmidin ürəyini əzirdi. Onsuz da arıq üzü ruhunu didən sıxıntılardan bir qədər də qırışmış olduğundan, uzaqdan baxınca, bütün sarımtıl, zəif simasında dərin bir əzab gözə çarpırdı. Düyünlənmiş alnından çəkilmiş üç dərin cızıq burnunun sonunadək yumruluqla birləşib, dolaşıq yollarla aşağı-yuxarı, kələ-kötür qaşları içində dağılıb itirdi.

III

Həmid xatırlayırdı. Bütün keçmişlər bir-bir yadında deyildisə də, onu ən çox sevindirən, ya ən çox acındıran, ümumiyyətlə, çocuq zehninə ən çox təsir etmiş və fikrində yerləşmiş ayrı-ayrı, qırıq-qırıq, fəqət mühüm nöqtələr yadında idi.
Çocuqkən çəmənli-çiçəkli bir köydə yaşayırdılar. Gözəl bir bağçaları var idi. Qonşu çocuqlarıyla aydınlıq gecələr bağçada gizlənqaç oynardı, gündüzləri çox vaxt göy içərisindən xəfif bir şırıltıyla qənbərlər üzərindən sürüşərək axan göz yaşı kimi dumduru suyun içinə girib, çırp-çırp əllərini suya çırpardı. O zaman büsbütün qəmsiz, qayğısız bir xoşbəxt idi. Bir gün ufaq çayciyin içində oynarkən bacısı ağlayaraq gəlib onu bağrına basdı.
- Can, yetim qardaşım, atasız qardaşım! - deyə üzündən sıxı-sıxı öpüb evə apardı. Qapılarında qonşuları toplanmışdılar. Böyük qardaşı Bağır boğazına bağladığı yaylığı əlində, yaxası açıq, yerə uzanmış atasının başı üzərində durmuşdu. Atası qanlara bulaşmış bir qapı tayı üzərində uzadılmışdı.
Onu düşmənləri öldürmüşdülər. Bacısı ağlayaraq, atasının üstünə yıxılınca, o da bacısı kimi etmək istədi, bir kaç arvad onu tutub, üzün¬dən öpərək, başını sığalladı, onu oxşadı. Bundan sonra artıq onu gəzməyə qoymurdular. Kimsəsiz və gücsüz, düşmənləri isə əqrəbalı olduğundan, qardaşı bir neçə vaxt şikayətə getdi. Fəqət bir gün zəngin düşmənləri para ilə işi batırdılar deyə, daha şikayətdən əl götürdü. Bir il keçməmiş həmin düşmənləri bacısını götürüb qaçdılar. Qardaşı divan-dərəyə müraciət etdisə də, yenə bir gün düşmənlərinin pul gücü ilə qalıb gəldiyini söylədi. Nəhayət, o, kənddə qala bilməyəcəklərini düşünüb, bir dəfə Həmidi bir öküz, arabasına mindirib, Lənkərana götür¬dü, oradan da vaporla Bakıya gəldilər.
Bağır özü dəmirçixanada işə girib, Həmidi isə məktəbə qoydu. Təxminən 7-8 yaşında ikən bir gün axşam ufaq daxmalarına girəndə gördü ki, qardaşı həmişəki kimi qaşiq əlində ocaq üstünə qoyulmuş hisli bir qazançanın qabağmda oturmuş, fəqət gözlərindən yaş tökülür. Sabah dəftər almaq üçün pul istədikdə, qardaşı qalxıb onun başını bağrına basaraq, gözlərindən öpüb: - Yazıq bala, bundan sonra mənim bütün ümidim sənədir, - dedi. Sonra Həmid bacısının dərd-qəmdən vərəmləyib öldüyünü eşitdi.

IV

Neçə il idi Həmid məktəbdə oxuyurdu. Bağır onun üçün həm ata, həm ana, həm bacı, həm də qardaş idi. Heç bir qardaş öz qardaşına belə baxmazdı. Bağır gündüzləri işləyib, gecələri də xörək bişirir, nə qədər özü yorulsa da, Həmidin heç bir sıxıntı çəkməsinə yol vermirdi.
Yoxsulluq onları çox sıxırdı. O zamanlar Həmid qardaşının əzab və sıxıntə çəkdiyini və bütün ümidini yalniz ona bağladığını görüb, ürəyində çox vaxt qət edib and içirdi ki, böyüyüb bir qulluğa girincə, qardaşını büsbütün işləməyə buraxmayıb, özü işləyəcək, qardaşını rahat dolandıracaqdır.
Gün keçir, Həmid böyüyürdü. İndi on yeddi yaşında idi. Məktəblilər arasında ən çapqın və sözüötər bir çocuq idi.
Düz iki il idi ki, Həmid Moskvanın qocaman yapıları, geniş soqaqları arasında gecə-gündüz çalışırdı. İki il bundan əvvəl Bakı mütəəllimlərinin məktəb komitəsi tərəfindən kitab almaq üçün Moskvaya göndərilmiş Həmid 17-ci il sentyabr hadisəsindən sonra yollar kəsilincə, orada qalmağa məcbur olmuşdu.
Heç bir vaxt həyatla üzbəüz çıxmamış və həmişə müşfiq bir qardaşın qanadı altında böyümüş Həmid indi birdən-birə qürbət bir ölkədə özünü kimsəsiz görüncə, əvvəl əldə özünü itirdi, vətənini düşündü, sanki məchul bir yerdən bir yardım, bir çarə gözləyirdi. Fəqət qopardığı iniltilərə qarşı həyat mübarizəsinin geniş cövlangahı olan Moskvanın sərt ruzigarı arasından zindanlara çarpan ağır çəkiclərin gurultusundan və ara-sıra partlayan topların parıltısından gözlərini qırpımsız qarşıya dikdiyindən və ara-sıra dərin bir ah, ya yüngül bir təbəssüm dodaqlarını titrətdiyindən, düşündüyü bilinirdi. Bəli, düşünürdü. Həm də çox uzaq, dərin keçmişləri xatirinə gətirirdi. Otaq ala-qaranlıq idi. Bu aralıq döşündən qırmızı bir lenta asılmış bir milis nəfəri içəri girib, dinməz lampanı yandırıb, pəncərənin pərdəsini endik-dən sonra ehtiyath bir görkəmlə çixdi. Həmid bir an üçün başını qal-dirib, çaşqın bir baxışla ətrafi süzdü. Divarlar alapələng kağızlarla örtülmüş, ortada təzə üzündəki ağ kağızı mürəkkəblə ləkə-ləkə boyanınış böyük bir miz durmuşdu. Ətrafında üç stul vardı, qapının girəcəyində döşəmənin rəngi ayaq sürtünməsindən ağarmış, divarda üç rəsm vardı. Simalar tanıdığı inqilab qəhrəmanları olduğunu gördüsə də, ayrı-ayrı kim olduqlarına fikir vermədi, çünki xatirat onu yormuş olduğundan bir növ ayıla bilmirdi, o bilaixtiyar düşünmək istəyirdi, onun üçündür ki, tez başını arxaya atıb, gözlərini bir nöqtəyə qırpım¬sız dikərək, yenə düşüncələrə daldı. Düşünürdü. Bütün keçmişləri, hətta beş yaşından bəri başına nələr gəlmişdisə, hamısı birər sinema lentası kimi gözündən gəlib keçirdi.
Başqa bir şey eşidilmirdi. Bu hal bir qədər davam etdi. Həmid, beləliklə, heç yerdən bir çarə, heç kəsdən bir yardım görmədi, get-gedə yoxsulluq onu məngənə kimi sıxır və həyat mübarizəsinə məcbur edirdi.
Ehtiyac insanın amiridir. Qürbət ölkə, kimsəsizlik... ehtiyac... Artıq Həmid hər bir şeydən ümidini kəsib, öz əməyi ilə, öz zəhməti ilə özünü dolandırmaq üçün çalışmağa başladı. Çox çəkmədi ki, özünü itirmiş və donub qalmış Həmid yaşayış yollarını öyrəndi. Çalışırdı. İnqilab mərkəzi olan Moskvanın siyasi tufanları arasında iki il sürdüyü həyat ona əsər etməyə bilməzdi. Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya siyasətini düşünür və bu siyasət arasında vətəndaşları üçün nicat yolu arayırdı. Bununla Həmidin bir millətpərəst olduğu anlaşılmasın. İki il bilaaram qəzet sütunlarından, əhalinin ağzından, əsgərlərin mahnı səsindən, hətta topların səsindən, moskitlərin vızıltısından, çəkiclərin cingiltisindən belə gözlərinə, qulaqlarına çarpan "internasional" sözü onun iliklərinə işləmiş, tam mənasilə bir beynəlmiləlçi olmuşdu. Fəqət gizli bir hiss onu həmişə Qafqaziyanın yaşil dağlarına doğru çəkirdi. O bilirdi ki, bütün millətlər arasında zavallı vətən¬daşları ən geri qalmış bir xalqdır. O, bilirdi ki, vətənində zəhmətkeş xalq onun biliyinə, iki ildə aldıği təcrübələrə, onun qüvvətinə və çalışqanlığına möhtacdır. Bütün qüvvətini, biliyini bu zavallı xalq yolunda işlətmək arzusu onu həmişə vətəninə doğru sürükləyirdi. Xüsusən qardaşını çox görmək istəyirdi, kölgəsində böyüdüyü və özündən çox sevdiyi qardaşını xatirlayınca, Həmid bir quş kimi qanadlı olmasını arzu edirdi. Bu aralıq Moskva radiosu Azərbaycanda inqilab xəbərini ildırım kimi bütün Moskvaya yaydı.
İlk vaporla Həmid Bakıya doğru yola düşdü. Vapor Bakı əskələsinə yanaşınca, Həmid göyərtədə bir sevinclə çocuqluğunu keçirdiyi altun yurdu Bakıya baxırdı.
İki il bundan əvvəl, sadəcə, buraxıb getdiyi Bakıya o indi başqa bir əhəmiyyət verirdi. O, indi ona siyasi və hərbi nöqteyi-nəzərlə baxır, onu bütün Şərq inqilabının qapısı kimi görürdü. Xüsusən bu şəhərin divarları arasında keçirdiyi məktəb həyatını, çocuqluq günlərini düşündükcə, hissiyyatı daha da coşur, dogma bir ruzigar saçlarını oxşadıqca, vapordan enmək, Bakının torpaqlarını öpmək istəyirdi. Çəkilməz bir ehtiyac içində buraxıb getdiyi əziz qardaşını düşününcə, körpüyə yanaşmaq üçün yavaş-yavaş yürüyən vaporun tənbəlliyindən darıxıb, suya atılmaq, tez özünü qardaşına yetirib boynundan sarılmaq, öpmək istəyirdi. O bilirdi ki, qardaşı onun sağ olduğunu görüncə sevinəcək. Hələ də qardaşını görüncə, özünün nə qədər sevinəcəyini təsəvvür edə bilmirdi.
Doğrudan da, Həmidin çalışqanlığına, təcrübəsinə və gənc qüvvəsinə ölkəsində ehtiyac çox idi. Gələn kimi vəzifə başına keçdi. Bir az keçincə, Həmidin doğruluğu və çahlışqanlığı vəzifəsinin çoxluğuna səbəb oldu. Onu məmləkət idarəsində ən məsul bir vəzifə olan İşçi- Əkinçi Müfəttişliyinə təyin etdilər.
Neçə gün idi ki, Həmid müfəttişlikdə işləyirdi, bir dəqiqə rahatlıq bilmirdi, gecə-gündüz çalışır, çalışır, yenə çalışırdı. Bu zəhmət və çalışmaq Həmidi nə qədər sevindirirdisə, qardaşını görməmək o qədər acındırırdı.
Neçə gün idi Həmid arayır, qardaşından bir xəbər bilmirdi, Bağır harada isə itmişdi.
Bu aralıq Lənkərandan Həmidin yanına ixtiyar bir qadın gəlib...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR