Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - İtilget

Cəfər Cabbarlı - İtilget
Sakura

Cəfər Cabbarlı - İtilget

Hər kəs özü qəm çəkməyə daradır, itilget! 
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!

Heç yada gətirmə bu yazıq millətin halın; 
Fikr etmə ki, millət itirib cahü cəlalın. 
Hərçənd görürsən gələcək zülmü zəvalın,
Çıxsın canı, çəksin hərə öz fikrü xəyalın. 
Hərçənd ki, biruhi-müqəvvadır itilget! 
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!

Qış getdi, bahar üstünə fırlandı bu dövran; 
Çox çəkməyəcəkdir bitəcək sünbülü reyhan; 
Bax mənzəreyi-aləmə, ol valehü heyran. 
Hər kəs çəkə millət qəmi insan deyil, insan. 
Çıx bağa, gəziş, gör nə dilaradır, itilget, 
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!

Millət ölür ölsün, qazıyaq lap ona bir gur, 
Qalxız başını, fikrü xəyalatdan ol dur, 
Bulvarda itilget meyi-gülfam ilə məxmur, 
Qızlar dolaşır, cənnəti guya ki, gəzir hur. 
Bir canalıcı dilbəri-zibadır, itilget! 
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!

Axtar, tap özünçün sarı geysuli pərizad; 
Vur qol-qola, gəz bulvarı, olsun ürəyin şad: 
Rüxsari-dilarasına bax, şeir elə inşad, 
Qoy xalq oxusun, söyləsin əhsən sənə, ustad! 
Pəh-pəh, bu kişi şairi qərradır, itilget! 
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!

Təkrar edirəm sözlərimi bir də dübarə, 
Millət qəmini bir, mən ölüm, tulla kənarə; 
Ver fikrini, çəngü tərəbə, nazlı nigarə, 
Bax şövqi-təmam ilə gülüstani-baharə. 
Bizim-tərəb hər yerdə mühəyyadır, itilget!
Cəm əldə gəzir, sağərü səhbadır itilget!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR