Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Görməmişəm, eşitmişəm

Cəfər Cabbarlı - Görməmişəm, eşitmişəm
Sakura

Cəfər Cabbarlı - Görməmişəm, eşitmişəm

Xalq oturubdu bağçada badi-baharı gözləyir, 
Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.

İntelligentlər alıb qoltuğuna nigarını, 
Seyr qılırlar bulvarı, həm də dəniz kənarını. 
Tez qayıdan kimi evə eyləyir öz naharını.
Sonya xanımla əyləşib saqi-üzan gözləyir, 
Qanmayır arü qeyrəti, sevgili yarı gözləyir.

Alim olubdu bəzisi, yasin oxur babasına, 
Külçə görən kimi alıb, tez bürüyür əbasına,
Bir baximz bu yazığın başda olan havasına, 
Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir,
Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir.

Çoxları var ki, hey çəkir millətinin cəfasını, 
Suzi-dil ilə dinləyir naləsini, nəvasını,
Heyf ola millət anlamır vay bunun iddiasını, 
Harda görürsə der: bular babıdı, narı gözləyir, 
Millətin ər cavanları zirveyi-darı gözləyir.

Yoxdu qənilərin qəmi, eyləyir eyşi-işrəti, 
Millətin ehtiyacını görməyə yox bəsirəti, 
Bircə dilənçi görcəyin cuşə gəlir də qeyrəti. 
Kibrü qürur ilə gəzib, şəni vüqarı gözləyir, 
Baxmayır ac qalanlara, beş şahı varı gözləyir.

Bax, küçələrdə seyr edir bir sürü xanimansız, 
Ac-yalavac zarıldayır arvad-uşaq gümansız; 
Millət ölür, təbib yox, can verir o, amansız.
Sübh sağ idisə hələ vəxti-naharı gözləyir,
Yoxdu təbibi-haziqi, künci-məzarı gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR