Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Dilənçi

Cəfər Cabbarlı - Dilənçi
Sakura

Cəfər Cabbarlı - Dilənçi

Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi,
Cahanə lərzə salır yellərin cəfalı səsi,
Əsir külək, savurır qar, bayırda bir tufan,
Həvadə qar burulub çırpılır çüqatili-can,
Yatıb bütün qapılarda ovunti ağ təpələr.
Vuyuldayub yer ilən yellər əsib qarı səpələr 
Qaranlıq içrə buruq - qar sütun kimi ağarır,
Guruldayır bacalar, yel dəmirlərin qoparır. 
Həman xiyal eliyorsan məqami- zillətdir,
Baxanda dəhşətə, san bu gecə qiyamətdir. 
Uzaqda qarlar, arabir xərabəlik görünür, 
Uçuq divarları zülmati aləmə bürünür.
Baxınca, tələbi qəsavət basub könül bulamr,
Bütün xərabəliği qar təvaf edib dolanır. 
Xərabə içrə qaranlıqda sənki var bir kəs, 
İnildəyor, yayılır, titrəyor çəkincə nəfəs. 
Bu bir zəif çocuqdur ki, xəstə, bidərman, 
Soyuq xərabədə yatmış, inildəyor hər an. 
Tikib gözün qapuya intizar ilən baxıyor, 
Baxınca göz yaşı əbri-bahar tək axıyor. 
Bu öz qoca atasın gözlüyor bu halətilən, 
Çörək dilənməgə getmiş bu cür qiyamətilən.
Bu xəstə beş gün olar dəyməyib çörək dilinə, 
Qoca ata bu savuqda nə cür gedib dilənə, 
Nəhayət, oğlunu görcək ölüm yatağında, 
Gedib, yox isə də taqət zəif ayağında. 
Gedib çörək dilənə, ta verə bu tiflə nicat,
Uşaq baxır qapıya gözlüyor çörək, heyhat. 
Baxır o xəstə çocuğa qərq olub zülmətdə. 
Budur, görür atasın olduğu qiyafətdə. 
Əlin açıb uzadır, madərinə ol nalan, 
Ana! Ana, hara çoxdandu olmusan pünhan. 
Həmişə sən məni saxlardın öz qucağında, 
Nə vəqtlərdi sənin ağlaram fərağında. 
Acam! Acam, ana, varmı bir az çörək barı
Ana! Ana, mənə bir az çörək, sən Tarı. 
Xiyal edir... Genə də yel əsüb salur dəhşət, 
Dəxi çocuq üzülüb, yox acından heç taqət. 
Əlin salur yanına, son həyatıdur düşünür. 
Budur, qoca atası iztirabilən görünür.
Girür xüramlığa ixtiyarsız bir pir, 
Qəmgin, xiyali pərişan, çöhrəsi dilgir.
Beli bükük, yükü məhzun gəlir-gəlir dayanır. 
Çörək gətürməyib, əmma o tifildən utanır. 
Gözünə yaş dolaraq oldu tiflə toğru rəvan, 
Uşaq görüb atasın həm sevindi, açdı zəban.
Dilənçilik qocalıqda kəsib amanın, ata. 
Bir az, bir az çörəgə varmı heç gümanın, ata. 
Ata! Acam, ölürəm məndə qalmayub taqət, 
Aman İlahi, nə qəmgin, nə odlu bir halət,
Ata öz oğlunu, öz yaş qucağına yıxdı,
Soyuq yüzin uşağın öz dodağına sıxdı. 
Oğul! Oğul, nə deyim qəmli ruzigarımdan,
Qocalmışam, çıxıb həm qüvvət ixtiyarımdan.
Bəşərlər içrə, oğul, rəhm yox, mürvət yox, 
Bəşərlər içrə, oğul, ədl yox, ədalət yox, 
Oğul bəşərlər hamu bir-birinə bir cəllad 
Dilənçiyə tapınan varmı eyləsin imdad. 
Bu qarda hər qapını dögdüm, eylədim ehzar,
Çağırdım, ağladım, əmma ki, olmadı asar, 
Qapı-qapı gəzinib görmədim də bir insan, 
Ki, rəhm edib mənə ta bir çörək edə ehsan. 
Uyu! Sabah oyanar xəlq xabi rahətdən, 
Gedib kömək dilərəm sahibi-səxavətdən.
Çuxur gözü qocanın islanır, dolur da müdam! 
Bahar şəbnəmi təki yaş axır bilaaram. 
Görün nə cür dolanır iştə bu zəmani-dun, 
Yüzi bütün dəgişib xəstənin olur məhzun. 
Ümidi qət olur, tab-taqəti üzülür. 
Zəif cismi axır, yaşlı gözləri süzülür. 
Ölür-ölür, açıb axır nəfəsdə gözlərin,
Əziz atasına ahəstə səslə sözlərin.
Deyir - Ata, ölürəm! Ac, sovuq otağunda, 
Götür məni! Ata, qoy can verim qucağında.
Cəhani vəlvələ dutmuş, külək edir şiddət,
Nədir, nədir bu qədər ruzigaridə hiddət. 
Təbiətin bəşəriyyətlə var ədavətimi?
Və ya Xuda qoparıb vəd edən qiyamətimi?! 
Nədir o kölgə ki, oldu xərabəyə daxil, 
Nə qorxulu, nə müdhiş bu iştə Əzrail. 
Qara qanatlarını iftixar ilən çırpır, 
Ayağına üzini tez niar edir ol pir. 
Aman! Aparma bu ac nuri-digəmi barı,
Tərəhhüm et mənə, rəhm etgilən sən Tarı.
Bu bir uşaq, qocalıqda mənim pənahımdır,
Aman, aparma ki, bir tək ümüdgahımdrr. 
Aparma, yox-yox, onu vermərəm sənə haşa, 
Yürəkdə mərhəmətin yox, bəşərmisən aya? 
Vurub qara qanatın üç kərə, olur pünhan, 
Qoca soyuq bədəni sinəyə basıb ələman. 
Oğul! Oğul! Çağırır, yoxdur heç nəfəs, heyhat, 
Ölüb! Ölüb! Soyuyub, cism edib vidai-həyat. 
Qoca özün itirib qəmlər izdiyadından, 
Təbiət həp genə əl çəkmir iştidadından.
Yürəkdə eylədi nəşət sönük xiyalətlər, 
Səmayə yüz çevirib başladı şikayətlər. 
İlahi! Pir olanı xar edib əzərlərmi? 
İlahi! Pir olanın taqətin kəsərlərmi?
Nə yummuşsan gözünü, dur ümidgahım oğul!
Cahandəsə olacaqdın mənim pənahım oğul. 
Bu gün bütün bəşəriyyət yeganə bir cəllad,
Həlak olanlara bir kimsə etməyor imdad. 
Cəhandə yoxdur əsər rəhmdən, hidayətdən, 
Zavalı huşa gedib kəsrəti xiyalətdən. 
Nədir bu vəlvəleyi-dövrü ruzigarə səbəb?!
…………………………………………..
Nədir? Nədir? Bu qədər inqilabi aləmgir?!
Nədir zavallı bəşərlər həlakinə tədbir. 
Nədir bəşər bu cahan içrə seyddir azad, 
Nədir cahan? Özü bir qan içən böyük səyyad.
Degilmi daim fəlakət təşərlərə bu həyat,
Fəqət, bunu bəşəriyyət düşünmüyor, heyhat!!!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR