Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Ağa Şeypur

Cəfər Cabbarlı - Ağa Şeypur
Sakura

Cəfər Cabbarlı - Ağa Şeypur

Yazdım sənə bu naməni pünhan, ağa Şeypur! 
Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!

Bən zənginəm, oğlum da, bənəm nazıyla pərvər, 
Konfet, şakaladlən böyüdüb xərcləmişəm zər, 
Hər gün yüzinə pudra çəkir, əgni müəttər, 
Qamətdə bulunmaz ona bir kimsə bərabər, 
Rüstəmlər olur şəstinə heyran, ağa Şeypur! 
Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!

İnsafa rəvadırmı bu cür nazlı, dilavər, 
Əsgər gedib olsun kişi bir tabvərə mütəhliər, 
Dün söylədi ruhani bizim molla Səməndər, 
Oğlun keçib on doqquzu olsun gərək əsgər, 
Vardırmı belə şəxsdə vicdan, ağa Şeypur! 
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!

Dutdum yaxasın, söylədim ay molla filani, 
İnsafmı ki, əsgər verəsən böylə cəvanı? 
Əsgərligə yaz bir kasıb oğlun çıxa canı, 
Vallah dutaram, yırtaram əgnində əbanı, 
Az qaldı düzəldim yekə meydan, ağa Şeypur! 
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!

Əsgər olub oğlum, bunu mən etmirəm inkar, 
Bir şişka taxıb, yaxşı çuxa, qırmızı şalvar, 
Amma o zaman məskəni veçerdi, ya bulvar, 
Vardı nə ölüm onda, nə düşmən, nə də əğyar, 
Hər gün qazanır, hər gecə şantan, ağa Şeypur! 
Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!

İmdi daha yox qırmızı şalvar, nə də şantan, 
Var bircə tüfəng, güllə yağır əsgərə hər an, 
Bir böylə oda öz xələfin sövq edər insan?! 
Oğlum olub əvvəlki işindən də peşiman, 
Yetmiş hələ gizlənməgə biiman, ağa Şeypur! 
Çox da işi uydurmuşam asan, ağa Şeypur! 
Əmma ki, paxıldır bizim insan, ağa Şeypur! 
Çox qorxuram dolsun danos hər yan, ağa Şeypur! 
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR