Dərc edildi: Baxış sayı: 549
Çeçenistanda yalnız qadınlara xidmət edən və sürücüsü qadınlar olan taksi xidməti
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, Çeçenistanda fəaliyyət göstərən Şeyx Zayed adlı investisiya fondu yalnız qadınlara xidmət edəcək, qadın sürücüsü olan xüsusi taksilər olacağı barədə məlumat yayıb.
"Qadın taksi" qadınların daşınması üçün dini normalar və ənənələr baxımından çox rahat olacaq. Belə taksinin sükanı arxasında yalnız qadınlar oturacaq. Fondun kredit komitəsi layihəni bəyənib".
Qeyd edildiyi kimi, taksiyə "Mehkari" adı veriləcək, bu çeçen dilindən tərcümədə "qızlar" deməkdir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət