Slimfit
  1. AZƏRBAYCAN

Ön xətdə gərginlik qalır - RƏSMİ

Ön xətdə gərginlik qalır - RƏSMİ
Sakura

Ön xətdə gərginlik qalır - RƏSMİ

“Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində ümumi vəziyyət sabitdir”.

Ens.az xəbər verir ki, bunu Oxu.Az-ın cəbhə xəttində olan əməkdaşlarına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki,  ön xətdə olan mövqelərdə gərginlik qalır.

“Ara-sıra mövqelərimiz düşmən tərəfindən atəşə tutulur. Təbii ki, Azərbaycan Ordusu tərəfindən adekvat cavablar verilir”, - deyə o əlavə edib.

V.Dərgahlı vurğulayıb ki, Azərbaycan Ordusunun aktiv tədbirləri nəticəsində Tovuzun cəbhə xəttində yerləşən kəndlərinin atəşə tutulmasının qarşısı alınıb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanın Tovuz rayonunda olan mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan tərəfi 100-dən itki verib, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR