Slimfit
  1. GÜNDƏM

Cəbhədən qorxub qaçan bu erməni məmurlar İŞDƏN QOVULDULAR - SİYAHI

Cəbhədən qorxub qaçan bu erməni məmurlar İŞDƏN QOVULDULAR - SİYAHI
Sakura

Cəbhədən qorxub qaçan bu erməni məmurlar İŞDƏN QOVULDULAR - SİYAHI

Ermənistanda yüksək rütbəli məmurların fərarilik etdikləri məlum olub.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə qondarma "Dağlıq Qarabağ respublikası"nın “rəhbəri” Araik Arutyunyanın "Facebook" səhifəsində məlumat paylaşılıb. Səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.

Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:

"“Prezident”in köməkçisi" Rudik Martirosyan

"Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabrielyan

"Dövlət Statistika Şurasının üzvü" Armen Soqomonyan

"Mərkəzi Seçki Komissiyasının üzvü" Yeqişe Soqomonyan

"Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini" Arkadi Soqomonyan,

"Şəhərsalma və arxitektura nazirinin müavini" David Avanesyan

"Təhsil və elm naziri" Erik Qriqoryan

"Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri" Qagik Ayrapetyan

"Prezidentin inzibati işlər üzrə köməkçisi" Artak Arstamyan

Həmçinin, bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində digər sanksiyalarla da üzləşəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR