Slimfit
  1. MEDİA

Cəbhədə vəziyyət hər an dəyişə bilər - Müharibəni qaçılmaz edən səbəblər

Cəbhədə vəziyyət hər an dəyişə bilər - Müharibəni qaçılmaz edən səbəblər
Sakura

Cəbhədə vəziyyət hər an dəyişə bilər - Müharibəni qaçılmaz edən səbəblər

Cəbhədə vəziyyətin artıq silahlı münaqişəyə keçmə ehtimalı olduqca yüksəkdir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında son günlər cəbhədə atəşkəsin pozulma hallarına münasibət bildirib.

Politoloq bildirib ki, Paşinyan artıq bir neçə dəfə Azərbaycana münasibətdə səmimiyyətdən tamamilə uzaq olduğunu nümayiş etdirib:

“Baş nazir əvvəlki Ermənistan rəhbərləri ilə eyni ssenarini təkrarlamadı. Paşinyanın istər daxili, istər xarici, ələlxüsus Azərbaycanla bağlı siyasəti, çıxışları bir-birini təsdiq etmir. Belə olan təqdirdə Nikol Paşinyanın Feysbuk statuslarına, KİV-lərə verdiyi müsahibələrə ciddi yanaşmaq qeyri-mümkündür. Bu yaxınlarda Qoşulmama Hərəkatına daxil olan 120 ölkə də Ermənistanın işğalçı olduğunu bir daha bəyan etdi. Bu, dünyada ilk dəfə idi baş verirdi. Bundan əvvəl bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyırdısa, bu gün artıq bilavasitə erməniləri işğalçı olaraq qəbul edir. Bütün bunlar Azərbaycana imkan verir ki, BMT nizamnaməsinin 51-ci maddəsini də əsas gətirərək, öz ərazisini yadelli hərbçilərdən, hərbi qruplarşmalardan təmizləsin. Eyni zamanda ordumuz anti-terror əməliyyatları adı altında torpaqlarımızın işğaldan azad olunmasını təmin edə bilər. Bu əməliyyatlar hər an başlaya bilər”.

Politoloq qeyd edib ki, bunun səbəbi Ermənistanın apardığı qeyri-konstruktiv siyasətdir:

“Biz çox yaxın, hətta təsəvvür etmədiyimiz qədər yaxın vaxtlarda cəbhədə tamamilə başqa vəziyyətin şahidi ola bilərik. Təbii ki, cəbhədə nəyin necə baş verməsindən asılı olmayaraq, vəziyyət Azərbaycanın lehinə olacaq. Müharibənin başlanması asan məsələ deyil. Bunun üçün beynəlxalq konyektura izn verməlidir. Lakin cəbhədə lokal silahlı insidentlərin və yaxud bir neçə günlük hərbi toqquşmanın baş verməsini heç bir tərəf heç zaman inkar etməyib. Paşinyanın apardığı siyasət də buna gətirib çıxara bilər. Çünki daxildə vəziyyəti olduqca pis olan Nikol Paşinyan xarici amilləri bəhanə edərək, həm Qarabağ separatçılarından, həm də ölkə daxilində ona qarşı olan ayrı-ayrı sosial qruplardan canının bir müddətlik qurtara bilər. Paşinyan bundan əvvəl elan etmişdi ki, biz müharibəyə hər an hazır olmalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR