Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi yoxlanılır.
Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət