Slimfit
  1. AZƏRBAYCAN

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb
Sakura

Çaylarda suyun səviyyəsi açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.

Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 51,5 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Fevralın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 6, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 391 sm (2018-ci il fevralın 15-də 335 sm), Şirvanda 279 sm (2018-ci il fevralın 15-də 193 sm), Salyanda 237 (2018-ci il fevralın 15-də 153 sm), Bankədə 223 sm (2018-ci il fevralın 15-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2018-ci il fevralın 15-də 80 sm) təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR