Dərc edildi: Baxış sayı: 351
Çaylarda sululuq artdı
Ens.Az-ın məlumatına əsasən,Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərüdçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm, Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm,
Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət