Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Çay və kofe içənlərə çox pis xəbər

Çay və kofe içənlərə çox pis xəbər
Sakura

Çay və kofe içənlərə çox pis xəbər

ABŞ-da aparılan araşdırma, ömrü uzatdığı, depressiya, ürək böhranı və bəzi xərçəng növlərinin inkişaf ehtimalını azaltdığı məlum olan qəhvə və çayın, gündə ən az iki fincan içiləndə siqaret aludəçisi olmayanlarda belə ağciyər xərçəngi riskini artırdığını ortaya çıxarıb.

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-da Vanderbilt Universitetində vəzifəli elm adamı Jingjing Zhu liderliyində aparılan araşdırma, həyat müddətini artırdığı, depressiya, ürək böhranı və bəzi xərçəng növlərinin inkişaf ehtimalını azaltdığı məlum olan qəhvə və çayın, gündə ən az iki fincan içiləndə siqaret çəkməyənlərdə belə ağciyər xərçəngi riskini artırdığını sübut edib.

Araşdırma çərçivəsində ABŞ və Asiyada 1,2 milyon insanın iştirak etdiyi 17 fərqli araşdırmanın məlumatları araşdırılıb. İştirakçıların orta hesabla 8,6 il boyunca təqib edildiyi və 20 min 500-dən çoxunun proses zamanı ağciyər xərçənginə yaxalandığı bildirilib.

Mütəxəssislər, siqaret çəkməyənlər üçün gündə iki və ya daha çox fincan qəhvənin, ağciyər xərçəngi riskini 41 faiz, iki və ya daha çox stəkan çayın da 37 faiz artırdığı nəticəsinə gəliblər.

Risk faizində insanın yaşı, irqi və içdiyi qəhvənin növünə görə əhəmiyyətli bir dəyişiklik müşahidə edilmədiyi, məhz kofeinsiz qəhvənin, kofein olandan 15 faiz daha yüksək risk nisbəti ilə əlaqələndirildiyi qeyd edilib.

Tədqiqatın nəticələri Amerika Xərçəng Araşdırma Cəmiyyətinin martın 31-də keçirilən illik sessiyasında təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR