Slimfit
  1. DÜNYA

Çay (coğrafiya)

Çay (coğrafiya)
Sakura

Çay (coğrafiya)

Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir.

Çayın mənbəyi

Çayın başladığı yerə çayın mənbəyi deyilir. Çayın mənbəyi dağ buzlağı, göl, bataqlıq, bulaq ola bilər. Məsələn Anqara çayı Baykaldan, Amudərya buzlaqlardan, Dneprin sağ qolu olan Prepit çayı Pripet bataqlığından, Azərbaycan çaylarının bəziləri isə bulaqlardan başlayır.

 

Çayın mənsəbi

Çayın töküldüyü yerə isə çayın mənsəbi deyilir. Çayın mənsəbi göl, bataqlıq, okean, dəniz, körfəz, boğaz (çay), digər çay ola bilər. Çayın əmələ gətirdiyi və onun axıma uyğun mənbəyindəm mənsəbinə doğru meyilli olan nisbətən ensiz, uzunsov çökəkliyə çayın dərəsi deyilir.

Çay mənsəbdə genişlənərək töküldüyü hövzəyə doğru "körfəz"yaradarsa, belə mənsəb estuari adlanır. Mənsəbi estuari olan çayların bəziləri: Ob, Yenisey, Parana, Amazon, Kolorido, Kolumbiya, Murrey, Müqəddəs Lavrenti və s. Estuari dünya okeanına tökülən, yüksək axın sürətinə malik olan dağ çaylarında yaranır.Belə ki,çayın gətirdiyi bərk maddələr yüksək sürət hesabına aşağı axarda toplanmır, birbaşa töküldüyü hövzənin içərilərinə doğru aparılır (Konqo, Yenisey, Taxo, Kolorado və s.dağ çayları). Bir çox düzənlik çaylarındada estuari yaranır (Amazon, Müqəddəs Lavrenti, Ob və s.) Bunun səbəblərindən biri mənsəbdə baş verən yüksək okean qabarma və çəkilmələridir. Qabarma zamanı çayda su mənsəbdən geriyə doğru axır ki,buna qabarma boru deyilir. Estuarinin yaranmasının digər səbəbi mənsəbdən keçən okean cərəyanlarıdır.Cərəyanlar mənsəbdə toplanan çöküntüləri okeanın dərinliklərinə aparır.

 

Çay dərələri

Mənşəyinə görə çay dərələri əsasən eroziya mənşəli olur. Lakin bəzi çayların dərələri tektonik çökəklikdə yerləşir. Orta və aşağı axarlarda çayın dərəsi xeyli geniş olarsa,ona çay vadisi deyilir.Məsələn; Nilin, Kürün, Qanqın vadiləri kimi. Çay dərəsinin su ilə örtülü hissəsinə yataq deyilir. Çay mənsəbdə çoxlu qollara ayrılaraq delta əmələ gətirir.

 

Çayın deltası

Delta çayın aşağı axarında sürətinin azalması hesabına toplanan çöküntülər nəticəsində allüvial düzənliklərə çevrilir və tədricən böyüyür. Mənsəbində delta olan çayların bəziləri: Lena, Nil, Missisipi, Orinoko, Volqa, Kür, Niger, Dunay, Qızılirmaq, Hind, Qanq-Brahmaputra, İravadi, Xuanxe və s.

 

Məşhur çaylar

  • Amazonka — Braziliya
  • Amur-Dərya — Orta Asiya
  • Amur — Uzaq Şərq
  • Arkanzas (çay)
  • Visla — Polşa
  • Volqa — Rusiya
  • Qanq — Hindistan
  • Dnepr — Şərqi Avropa
  • Don — Rusiya
  • Dunay — Avropa
  • Nil — Afrika
  • Kür — Zaqafqaziya
  • Araz — Cənubi Qafqaz
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR