Dərc edildi: Baxış sayı: 368
Çavuşoğlunun Rusiyaya səfər tarixi məlum oldu –Ərdoğan açıqladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Rusiyaya səfər edəcək.
Trend-in məlumatına görə, səfər barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyəli lider qeyd edib ki, naziri Rusiyaya səfəri zamanı ölkə kəşfiyyatının başçısı Hakan Fidan müşayiət edəcək. Dövlət başçısı qeyd edib ki, M.Çavuşoğlunun Rusiyaya səfəri zamanı əsas müzakirə mövzusu Suriya böhranı olacaq.
Qeyd edək ki, daha öncə nazirin Rusiyaya səfər edəcəyi və səfərin ilin sonuna qədər baş tutacağı qeyd edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət