Dərc edildi: Baxış sayı: 418
Çavuşoğlu: Türkiyə Yunanıstanla dialoq tərəfdarıdır
İki ölkə arasındakı fikir ayrılıqlarına baxmayaraq Türkiyə Yunanıstanla dialoqun tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu İzmirdə Yunanıstan baş konsulluğunun açılışı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Türkiyə və Yunanıstan regionun aparıcı ölkələridir:
“Biz böyük sivilizasiyaları təmsil edirik. Sirr deyil ki, aramızda bəzən anlaşılmazlıqlar olur, bir sıra fikir ayrılıqları mövcuddur. Biz bu məsələdən çıxış yolunu Yunanıstanla dialoqda görürük”.
Öz növbəsində Yunanıstanın xarici işlər naziri Nikos Kotzias qeyd edib ki, 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı Yunanıstan Türkiyənin yanında olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət