Dərc edildi: Baxış sayı: 459
Çavuşoğlu: "Ölkədən kənardakı Türkiyə vətəndaşlarının gətirilməsi davam etdirilir"
Xarici ölkələrdə yaşayan 98 Türkiyə vətəndaşı koronavirusdan vəfat edib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
XİN başçısı əlavə edib ki, bu günədək 50-dən çox ölkədən 20 mindən çox Türkiyə vətəndaşı gətirilib.
"Hazırda digər ölkələrdə 10 mindən çox Türkiyə vətəndaşı var. Təbii ki, karantin şərtlərini də nəzərə alaraq vətəndaşlarımızı önümüzdəki müddətdə gətirməyə davam edəcəyik. Ölkəmizə gətirə bilmədyimiz vətəndaşlarımıza dəstəyimiz davam edir", - Çavuşoğlu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət