Slimfit
  1. DÜNYA

Çavuşoğlu İraqın Baş Naziri ilə görüşüb

Çavuşoğlu İraqın Baş Naziri ilə görüşüb
Sakura

Çavuşoğlu İraqın Baş Naziri ilə görüşüb

İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Baş Nazir Adil Abdulmehdi ilə görüşüb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Çavuşoğlunun İraq Prezidenti Berhem Saleh, Xarici işlər naziri Muhammed Əli əl-Hekim və parlament sədri Muhammed əl-Halbusi ilə də görüşəcəyi gözlənilir.

XİN rəhbəri “Twitter”də "Qardaş İraqla münasibətlərimizi və regional inkişafları müzakirə etmək üçün Bağdaddayıq" mesajını yazıb.

"Baş Nazir Adil Abdulmehdi ilə görüşdə İraq xalqına həmrəyliyimizi və dəstəyimizi davam etdirəcəyimizi bildirdik. Həmçinin, İraqı bölgədəki gərginlikdən uzaq tuta biləcək addımları müzakirə etdik", - deyə Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, tərəflərin ABŞ-İran münasibətlərinin gərginləşməsi fonunda İraqda və regionda vəziyyəti müzakirə etdikləri bildirilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR