Slimfit
  1. SİYASƏT

Çavuşoğlu Ermənistandakı seçkidən gözləntiləri açıqladı

Çavuşoğlu Ermənistandakı seçkidən gözləntiləri açıqladı
Sakura

Çavuşoğlu Ermənistandakı seçkidən gözləntiləri açıqladı

“Ümid edirəm ki, seçkilərdən sonra hakimiyyətə gələcək rəhbərlik əvvəlki səhvlərdən dərs çıxararaq bölgənin sabitliyinin və sülhün tək yolunun qonşuların torpaqlarına göz dikmək əvəzinə, qonşularla yaxşı yola getmək olduğunu anlayar”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Antalya Diplomatiya Forumu”nun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Çünki müharibədən, yəni Azərbaycanın öz torpaqlarını geri almasından sonra həm Türkiyədə, həm də Azərbaycanda bölgənin sabitliyi və sülh üçün addım atmaq qərarlılığı var. Bunu hər iki liderin açıqlamalarında görürük.

Bir çox önəmli layihələrin həyata keçirilməsi imkanı var. Bundan ən çox istifadə edəcək olan isə Ermənistandır. Ermənistan keçmişdəki yanlış siyasəti səbəbilə özünü təcrid etdiyi üçün bu baxımdan digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə geridə qalmış bir ölkədir. Ermənistan artıq düşmənçiliyi bir kənara qoyub qonşuları ilə yaxşı yola getmək üçün nələr edə biləcəyini düşünməlidir. Əgər bu anlayış olarsa, mərhələli şəkildə münasibətlərimizi normallaşdırarıq. Bu barədə Azərbaycanla bərabər qərar verərik. Sərhədləri aça bilərik. Bir çox avtomobil və dəmiryolu layihəsi var. Bunların məqsədi nədir? Sərhədləri açmaq. Ticarət və investisiya həcmi artar”, - deyə Çavuşoğlu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR