Dərc edildi: Baxış sayı: 235
Çavuşoğlu: "Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik"
“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət