Dərc edildi: Baxış sayı: 310
Cavid Qurbanov: “Məmurlar dəmir yolunun mühafizə zolaqlarında qeyri-qanuni tikililərə şərait yaradıblar”
“Azərbaycanda dəmir yolunun mühafizə zolaqlarında vətəndaşlara məxsus qeyri-qanuni tikililər var. Buna məmurlar şərait yaradıblar”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Çalışırıq ki, insanları həmin ərazilərdən uzaqlaşdıraq. Təkcə 2018-ci ildə, təxminən, 700 nəfərə yeni ev verilərək dəmir yolunun mühafizə zolaqlarından kənarlaşdırmışıq”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət