Slimfit
  1. CƏMİYYƏT

Cavid Qurbanov əhaliyə müraciət etdi: “Şanxay”da təhlükəli evləri sökmək məcburiyyətində qaldıq”

Cavid Qurbanov əhaliyə müraciət etdi: “Şanxay”da təhlükəli evləri sökmək məcburiyyətində qaldıq”
Sakura

Cavid Qurbanov əhaliyə müraciət etdi: “Şanxay”da təhlükəli evləri sökmək məcburiyyətində qaldıq”

Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sökülməli olmasın. 

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçir:

“Məsələn, elektrik xətlərinin altında, dəmiryollarının ağzında ev tikmək doğru deyil. Bu, ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakıda “Şanxay” adlandırılan ərazini götürək.

O ərazi, təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmiryollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar.

Sadəcə bizim isanlarda qəribə xasiyyət var. Əvvəlcə şirkətlər onlarla danışır, razılaşırlar, amma o bir misal var, “iştah diş altındadır”, fikirləri dəyişir. Gəlib deyirlər ki, məsələn, 10 kvadratmetrlik ərazi üçün mənə 10 yox, 20 ver, ya da 20 yox, 50 min ver. Orada qeyri-qanuni olaraq yerləşən əhali var. Amma biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, həll edək. Bu məsələlərdən xəbərimiz var, məsələnin həll olunması istiqamətində layihələrin hazırlanması gözlənilir”.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR