Slimfit
  1. İDMAN

Cavid İmamverdiyev: "Sabah" Marko Deviçdən asılı deyil"

Cavid İmamverdiyev: "Sabah" Marko Deviçdən asılı deyil"
Sakura

Cavid İmamverdiyev: "Sabah" Marko Deviçdən asılı deyil"

"Oyun çox gərgin keçdi. 1:0 öndə idik, sonra qapımızdan qol buraxdıq. Son dəqiqələrdə "Zirə”nin də təzyiqi artdı. Buna baxmayaraq, komanda ruhu göstərdik, sona qədər mübarizə apardıq. Bunun da nəticəsini oyuna artırılan dəqiqələrdə gördük”.

"Report"un məlumatına görə, bunu "Sabah”ın futbolçusu Cavid İmamverdiyev doğma meydanda "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra keçirdiyi brifinqdə bildirib.

28 yaşlı yarımmmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...

Bu gün "Sabah"ın bəxtinin gətirdiyini düşünürsünüz?

- Sırf qollara baxanda, heç bir bəxtdən söhbət gedə bilməz.

Bəs oyun baxımından?

- Oyun baxımından nəinki bizim, bəzi anlarda "Zirə”nin də bəxti gətirdi. Bu futboldur, oynayırsan, amma bəxt də olmalıdır. Bəxt də yaxşı bir şeydir. Lakin düşünürəm ki, komandamız yaxşı oynadı, bu gün xarakter ortaya qoyduq. Digər tərəfdən, bizim əsas oyunçulardan biri olan Marko Deviç zədələnib, bu gün həm də onun ad günü idi. İstəyirdik ki, onun ad gününü belə gözəl qələbə ilə qeyd edək. Həm də bu qələbəni ona həsr edək.

Düşünmürsünüz ki, "Sabah” Deviçdən çox asılıdır?

- Xeyr, mən belə düşünmürəm. "Sabah” heç bir futbolçudan asılı deyil, bunu baş məşqçimiz də deyir. Özümüz də belə hesab edirik. Bugün də göstərdik ki, komandamız bir futbolçudan asılı deyil. Marko, Cavid, başqa bir futbolçu olmasa da, əzmkar oynasaq, qələbə qazana bilərik.

Siz bu tura qədər "Səbail”lə 3-4-cü yerləri bölüşdürürsünüz. Halbuki "Səbail”in rəqiblərinə texniki məğlubiyyət verilməsə idi, 5 xal öndə olmalı idiniz. Bu, sizə necə təsir edir?

- "Səbail”in bəxti gətirdi. Amma buna kölgə də salmaq istəmirəm, futboldur, hər şey ola bilər. Əsas odur ki, yalnız öz komandamızı fikirləşirik. Biz nə qədər çox xal toplasaq, bizim üçün o qədər yaxşıdır. Digər komandalara o qədər ümid bağlamırıq, sırf özümüzdən söhbət getməlidir.

Üçüncü yerdə olsanız da Avrokuboka gedə bilməyəcəksiniz. Bu, komandaya nə dərəcədə təsir edir?

- Bu, bir tərəfdən bizim üçün müsbətdir. Çünki nə qədər çox xal toplasaq, bizim üçün bir o qədər yaxşı olacaq. Premyer Liqada qalmaq istəyiriksə, turnir cədvəlində nə qədər yüksəkdə olsaq, bir o qədər yaxşıdır. Çünki bilmək olmaz, futboldur, son beş turu da uduza bilərsən. Keçən il belə hal "Sumqayıt”da oldu. Beş tur uduzsan da, xalın çox olduğu üçün Premyer Liqada qala bilərsən. Ona görə də nə qədər bacarırıq, xal toplamalıyıq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR