Dərc edildi: Baxış sayı: 341
Cavid Hüseynova yeni vəzifə verildi
Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən ayrılıb.
Bu barədə “Qafqazinfo”ya nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Cavid Hüseynovun öz xahişi əsasında başqa işə keçməsi ilə əlaqədar ədliyyə orqanlarında qulluğuna xitam verilib.
Bundan başqa, nazirliyin Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Təyar oğlu Rəhimova həvalə edilib.
Əldə etdiyimiz digər məlumata görə, C. Hüseynov Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət