Slimfit
  1. İDMAN

Cavid Hüseynov "Zirə"nin yeni transferidir

Cavid Hüseynov "Zirə"nin yeni transferidir
Sakura

Cavid Hüseynov "Zirə"nin yeni transferidir

"Zirə" yay transfer pəncərəsində daha bir futbolçunu heyətinə qatıb.

SİA-nın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi "Qəbələ"nin eks-kapitanı Cavid Hüseynovla anlaşıb. Milli komandamızın 31 yaşlı yarımmüdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb.

Paytaxt təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşən təcrübəli yarımmüdafiəçi təklif olunan şərtlərin onu qane etdiyini bildirib:

"Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığıma görə şadam".

Bu, qəsəbə komandasının mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. "Zirə" daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR