Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Cavanşirov İlkin Zülqədər oğlu

Cavanşirov İlkin Zülqədər oğlu
Sakura

Cavanşirov İlkin Zülqədər oğlu - "20 Yanvar Şəhidi"

İlkin Cavanşirov (azərb. Cavanşirov İlkin Zülqədər oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləyirdi. 9 övlad böyüdüb. Kiçik övladının 14 yaşı var. İlkin kişinin övladları: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Getdi, kiməsə kömək elədi, ona isə kömək eləmək mümkün olmadı. Yaralını götürüb xəstəxanaya apararkən Avtovağzal rayonunda gülləyə tuş oldu. İlkin kişi qolundan və başından yara aldı. 09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri var. Yanvarın 23-də Semaşko adına təcili yardım xəstəxanasında vəfat etmişdir. 9 uşaq atasının vəfatı Tümendə- ki «Alma» kooperativinin üzvlərini daha çox məyus etmişdir. Onlar İlkin kişinin uşaqlarını həddi-buluğa çatanadək himayəyə götürüblər. Tək bircə ailənin dərdi görün neçə-neçə ürəkdə özünə yer tapıb. İlkin Cavanşirov Şəhidlər xiyabanında dəfn edilib.

Ünvan

Bakı, Qorki küçəsi 7, mənzil 16.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR