Dərc edildi: Baxış sayı: 595
Cavan yaşda kar olmamaq üçün bunu mütləq edin - Vacib məsləhət
Eşitməni zəiflədən bir sıra səbəblər var. Onlardan biri də qulağın yanlış təmizlənməsidir.
Zaman keçdikcə qulaq boşluğunda artan çirk bərkiyir, baş gicəllənməsi, beyində qəribə uğultu yaradır.
Publika.az xəbər verir ki, qulaq dəliyi düzgün qaydada təmizlənməzsə, karlıq əlamətləri də müşahidə oluna bilər. Qulaqda daha çox çirk formalaşdıran ilk səbəbsə, istifadə etdiyimiz pambıq çöplərdir.
Bəs qulağı necə təmizləməliyik?
Bir çay qaşığı duzu 100 ml suda həll edin. Xırda pambıq toplar düzəldib, bu məhlula batırın. Bir neçə dəqiqə qulağınızın içərisində saxlayın. Sonra pambığı götürüb, başınızı qulağınızın üzərinə doğru əyin,və təmiz parça ilə içərisini təmizləyin.
Qulaq təmizlənməsində parafin yağından da istifadə edə bilərsiniz. İsti halda parafindən bir neçə damcı qulağınıza damızdırıb, sonra başınızı əyin, və steril parça ilə içərisini təmizləyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət