Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Cavan qalmağın 7 sirri

Cavan qalmağın 7 sirri
Sakura

Cavan qalmağın 7 sirri

Yaş gizlətmək çoxdanın dəbidir. Xüsusilə, xanımlar bu məsələdə daha fəaldırlar. Başa düşmək olar, hamı özünü daha cavan təqdim etmək istəyir. Amma özünə baxmayan, sağlamlığının qayğısına qalmayan insanlar yaşlarını gizlədəndə yalanları daha qabarıq şəkildə büruzə verilir. Yaşını azaldan insan cavan qalmağının qayğısına elə qalmalıdır ki, yaşadığı illərin sayını azaldanda inandırıcı olsun.

Yaşadığınız illərə görə yaşınızın daha az verilməsini istəyirsinizsə, aşağıdakılara diqqətlə nəzər yetirin.

Normal yuxu

Normal və sağlam yuxu insanın ömrünü 5-6 il uzadır və öz yaşından 5-10 il cavan göstərir. Normal yuxu dedikdə o nəzərə alınır ki, insan səhər yuxudan oyandıqda özünü tam rahat və gümrah hiss edir. Bu yuxunu təmin etmək üçün saat 11-dən gecə 4-dək olan yuxu vacib sayılır. Məhz bu zaman orqanizmdə melatonin hormonu daha çox istehasal olunur ki, bu da yaşla bağlı bir çox xəstəliklərin qarşısını alır.

Fiziki fəallıq

Daim hərəkətdə olmaq, fiziki fəallıq 10 il ömrü uzadır. Həftədə 5 dəfə yarım saatlıq sürətli gəzinti sizi yaşınızdan çox cavan göstərəcək. Ən azı təqvim ilinizdən 5-6 il cavan görünəcəksiniz. Belə olan halda yaşınızı gizlətsəniz heç kimdə şübhə yaranmayacaq.

Gülmək

Gün ərzində gülməyə, şənlənməyə bəhanə tapsanız, elə gülə-gülə də ömrünüzü 5 il uzatmış olacaqsınız. Belə olan halda yeni tanışlarınızdan yaşınızı 5 il gizlətsəniz, heç kim sizə gülməyəcək.

Maye qəbulu

Gün ərzində ən azı 2 litr su qəbul etsəniz su kimi aydın görünəcəksiniz. Gözəl görünməyinizlə yanaşı, bu vərdiş ömrünüzü 5 il uzadacaq. Amma qazlı şirin sular, mənşəyi bilinməyən şirələr, bəzəkli etiketlərlə insanı cəlb edən limonadlar yaşınızı gizlətdiyiniz hallarda sizə yardımçı ola bilməyəcək.

Şəkər və şirniyyat

Orqanizmə acılıq qatan şirniyyatdan istifadə etmək də yaşınızı gizlətmək üçün sizə böyük imkanlar verəcək. Şəkərdən istifadə etməklə siz yaşınızı rahatlıqla gizlədə bilərsiniz. Amma əks tərəfə. Əgər 30 yaşınız varsa, rahatlıqla deyə bilərsiniz ki, artıq 40 yaşım var. Çünki şirniyyat məhsulları sizi 10 il vaxtından əvvəl qocaldacaq.

Meyvə və tərəvəz

Müntəzəm olaraq meyvə və tərəvəzdən istifadə etsəniz, istənilən vaxt yaşınızı dana bilərsiniz. Həqiqi yaşınızı söyləsəniz də sizə heç kim inanmayacaq. Çünki meyvələr sizə əlavə 5-7 il ömür verəcək, tərəvəz isə sizi təzə-tər göstərəcək.

Normal intim həyat

Normal intim həyat cavan görünməyin əsas şərtlərindən biridir. Bu cəbhədə fəallığınız normaldırsa, heç yaşınızı gizlətməyə də ehtiyac yoxdur. Tanışlarınız sizə özləri qiymət verəcəklər. Yaşınızın üstünə yaş gəlsə də, elə eyni rəqəmi söyləyəcəklər.

Bu adi şərtlərə əməl etsəniz yaşınızı gizlədəndə çox inandırıcı və təbii görünəcək, dost-tanışlarınızla görüşəndə isə, ilk sözləri, “Heç dəyişməmisən” olacaq.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR