Slimfit
  1. AZƏRBAYCAN

Cavad xanlığı

Cavad xanlığı
Sakura

Cavad xanlığı

Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi. Cavad xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Cavad qalası idi.

 

Coğrafi ərazisi

Cavad xanlığının mərkəzi Araz çayının kəsişdiyi nöqtədə,Kür çayının sol sahilində və Şamaxının cənub-qərbində yerləşən Cavadqala şəhəridir. Çulkova görə "Cavadın bu əsas ərazisi böyük yaşayış yeridir".

Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı,şimalda Şamaxı xanlığı,cənubda Lənkəran xanlığı,şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdur.Muğan əsasən Cavad xanlığına aid idi.Q.B.Abdullayevin yazdığına görə "Cavad xanlığı nisbətən kiçik idi və əslində sultanlığın ölçüsünü aşmırdı".

 
Azərbaycan xanlıqları
 

Tarixi

1768-ci ildə Cavad xanı Taleh Həsən xan könüllü surətdə Quba xanlığından asılılığı qəbul etdi.. Lakin Cavadda xan hakimiyyəti saxlanıldı.

Bu hadisə Quba xanlığın ərazisinin genişlənməsi ilə yanaşı onun əhalisinin say dinamikasına da müəyyən təsir göstərdi. Tarixi qaynaqlar Cavad xanlığının könüllü olaraq Quba xanlığına birləşməsinin bu xanlığın əhalisinin kəmiyyət və keyfiyyətinə müsbət təsir göstərməsini qeyd edir. Muğan əhalisi XVIII əsrin 60-80-ci illərində stabil siyasi mühit şəraitində yaşamağa müvəffəq oldu. Cavad xanlığının tarixi qısa dövrü əhatə edir və hər hansı diqqəti cəlb edən hadisələrlə seçilmir, lakin, buna baxmayaraq XVIII əsrdə Azərbaycanda mövcud olmuş xanlıqlar sistemində onun mövcudluğunu inkar etmək mümkün deyildir. Cavad xanlığının tarixi mənzərəsini müəyyən etmək üçün tarix ədəbiyyatında və arxiv sənədlərində çox müxtəsər, məhdud və dağınıq məlumatlar saxlanılmışdır. Cavad xanlığının əhali tarixi haqqında qaynaqlar olduqca məhdud və epizodikdir. Buna baxmayaraq, əldə olan tarixi materiallar əsasında Cavad xanlığının Şimal-Şərqi Azərbaycan siyasi birliyində olan əhali payını müəyyən etməyə cəhd etmək olar. XVI əsrdə, hətta bir qədər ondan əvvəl siyasi vahid kimi tarix səhnəsinə çıxan Cavad XVIII əsrin ortalarında yarımmüstəqil xanlığa çevrilmişdi.Xanlığın mərkəzi Kür və Araz çaylarının qovuşduğu yerdə yerləşən Cavad şəhəri idi (Hal-hazırda həmin yerdə Sabirabad rayonunun Cavad kəndi yerləşir). Cavad xanlığı şimaldan Şamaxı xanlığı, cənubdan Lənkəran xanlığı, şərqdən Səlyan hakimliyi, qərbdən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Şahsevənlərin və digər türk elat tayfalarının daimi qışlaq yeri olan Muğan düzənliyinin Cavad xanlığının tərkibində olması bu xanlığa xüsusi mövqe qazandırırdı. Qeyd etmək lazımdır ki, mənbələrdə Cavad xanlığı bəzən Muğan xanlığı kimi də göstərilməkdədir.

 
Xanlıqlar

 

Cavad xanlığının hərbi-siyasi vəziyyəti

Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilanxanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. P.Q.Butkov yazır ki,1768-ci ildə Şamaxının ardınca "...Cavad xanı da ondan (Fətəli xan) asılı vəziyyətə düşdü".

Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.Cavad Quba xanlığın bir hissəsi olandan sonra Quba xanı Fətəli xan Taleh Həsən xanı şahsevənlərin başçısı təyin etdi. İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.Xanlığı birləşdirməklə Quba xanı cənubi Azərbaycan xanlıqları, döyüşkən elatları, həmçinin Şəki, Qarabağ, Qaradağ və Ərdəbil könüllüləri ilə təmasda ola bilərdi. Muğan uzun illər müxtəlif xanlıqlar arasında mübarizə obyekti olmuşdu. 1758-ci ildə Qarabağın və Şəkinin birləşmiş qoşunları Muğan uğrunda Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən xan Qacar ilə döyüşmüşdülər. Muğanın Quba xanlığının himayəsinə daxil olaraq özü üçün xarici basqınlara qarşı etibarlı dayaq əldə etdi.

Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasnıda diplomatik manevr siyasətini Quba xanının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlarına birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının mənafeyinə uyğun gəlmirdi. Belə ki, yuxanda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi. Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar. Bu işdə GilanlıHidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı. Hidayət xanın qoşunları 1778-ci ilin əvvəllərində Lənkəran xanlığını,sonra isə Salyan hakimliyini qarət etdikdən sonra Muğanda onu gözləyən şamaxılı Ağası xanın qoşunlarıyla birləşərək aprelin 6-da Cavad xanlığının mərkəzi sayılan Cavad şəhərinə doğru irəlilədilər və qala divarlarını mühasirəyə aldılar. 1778-ci ilin aprel ayında Cavad şəhərinə əvvəlcə 7 bomba və toplarla atəş açandan sonra camaat böyük təşvişə düşdü.Həsən xan güclü rəqiblərinə qarşı dura bilməyəcəyini hiss edərək qardaşı və oğlunu götürərək " hər birinin boynunda təslim olduğu mənasını daşıyan qılıncla bütün sakinlərin bağışlanması üçün" Gilan xanı Hidayət xanın düşərgəsinə getdi.Tale Həsən xanın özünün onun düşərgəsinə gəlməsini tələb etmişdi.Ertəsi gün Cavad xanının özü Hidayət xanın düşərgəsinə getmiş, lakin Hidayət xan onu həbs etdirmişdi.Hidayət xanın qoşunları Cavada daxil olaraq şəhəri qarət etmişdilər. Bu zaman şəhərdə sakinlərdən başqa 150 dağıstanlı döyüşçü, 1500 nəfər Ağası xanın təbəəsi, 600 şəkili və 300 qubalı vardı. Hidayət xan dağıstanlı döyüşçülərin hər birinə xələt və pul verərək onları usminin yanına göndərmişdi. Şamaxı xanı Cavadın alınmasında köməklik göstərdiyinə görə Hidayət xan qaçqın şamaxılıları da sərbəst buraxmışdı.Qalan 900 nəfəri, şəkililəri və qubalıları isə Rəştə göndərmək niyyətində idi. Hidayət xan buranın əhalisini Gilan,Rəşt və Ənzəliyə köçürtdü. Bir məlumata görə şəhərdən 900 nəfər əhali köçürülmüşdü. Digər bir tarixi qaynağa görə isə şəhərdən 7500 nəfər əhali köçürülmüşdü. Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar.Ənzəlidəki rus konsulluğunun tərcüməçisi Vanslov Həştərxan qubernatoru Yakobiyə göndərdiyi 28 aprel 1778-ci il tarixli məlumatında yazırdı ki, “həmin ilin fevral ayında gilanlı Hidayət xan Muğan çölünə daxil olub usmiyə qiymətli xəzinələr göndərərək Fətəli xana qarşı mübarizədə ondan yardım istəmişdir. Buna görə də Fətəli xan Hidayət xanın onun himayəsində olan muğanlı Tale Həsən xana basqın etmək niyyətindən xəbər tutub ona qarşı çıxmaq istədikdə usmi ona işarə vermişdi ki, əgər Fətəli xan onun dostu Hidayət xanın düşmənlərini müdafiə edəcəksə, usmi Dərbəndə həmlə edəcəkdir.” Bu səbəbdən də Fətəli xan Dərbəndi tərk etməyə cəsarət etməmiş, Hidayət xan Cavad qalasını almış və qarət etmişdi. Hidayət xa Cavadı qarət edərkən eşitmişdi ki, “Tale Həsən xan gilanlıların hücumu ərəfəsində öz əmlakını qarabağlı İbrahimxəlil xanın yanına göndərmişdir.” Hidayət xan məktub göndərərək İbrahimxəlil xandan Tale Həsən xanın əmlakını tələb etmiş, əks halda ona qarşı yürüş edəcəyini bəyan etmişdi. İbrahimxəlil xan cavab vermişdi ki, “Hidayət xanla aralarındakı dostluğa görə Tale Həsən xanın əmlakını ona xoşluqla verir.

Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi.1781-ci ildə Həsən xanın qoşunu Azərbaycan xanlarının (Quba xanı, Dərbənd xanı, Bakı xanı, Şamaxı xanı, Cavad xanı, Şəki xanı, Qarabağ xanı, Lənkəran xanı Və Ərdəbil xanı) o zaman İranın taxt-tacına namizədlərdən biri olan Ağa Məhəmməd şah Qacara qarşı birgə yürüşündə iştirak etdi. 1783-cü ildə Həsən xan qubalı Fətəli хanın 13 min nəfərlik qоşunun tərkibində Qarabağa hücum еtmişdi. Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu.Şahsevən əmirləri ona tabe oldular.Yerli hakim Nəzərəli xan Şahsevəni qovaraq Həsən xanı Ərdəbilə hökmdar təyin etdi.

 

Mədəniyyət

4-cü əsr Atropatena dövründə əsası qoyulmuş Ultan qalası adlı qala-şəhəri mövcud olmuşdur.Qala 17-ci əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.Bu dövrə qədər müxtəlif dövlətlərin himayəsi ilə yenilənmişdir.

Ən qədim tarixi memarlıq abidəsi Baba Samid türbəsidir. Türbə Şıxlar kəndi ərazisində magistral yolun kənarında yerləşir. XVI əsr tarixi memarlıq abidəsi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix elmləri doktoru xanım Nemətova araşdırmalar aparmış və türbənin kitabəsini oxuyaraq açıqlamalar vermişdir. Alim "Əsrlərin daş yaddaşı" və "Azərbaycanda pirlər" adlı kitabında maraqlı fikirlər irəli sürmüşdür.

Qalaqayın məscidinin daş kitabəsi bu gün də qorunub saxlanılır. Kitabənin üstündə 1657-ci tarixi məscidin inşa olunması qeyd olunmuşdur. Məscid isə özü müasir tiplidir.

 

Sənətkarlıq

Cavad şəhərinin adı XVI əsr mənbələrində çəkilsə də arxeoloji tədqiqatlar təsdiq edir ki, kəndin əsası daha 500-il əvvəl XI əsrdə qoyulmuşdur. Buradan böyük ticarət və karvan yolları keçmişdir.XVII əsrdə Nadir şahın və onunla birgə farsların ağalığı tənəzzülə uğradıqdan sonra Kür, Araz çaylarının ərazisi və digər ərazilərdə böyük və kiçik xanlıqlar yarandı. Kiçik xanlıqların içərisində Cavad xanlığı diqqəti cəlb edir. Kür və Araz çaylarının sahillərində yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik olmuşdur. Cavad kəndi qəza kimi fəaliyyət göstərdiyi dövrdə maldar tayfalar qış aylarında bu yerlərə qışlağa gəlirdilər. Taxılçılıq, tütün, bostançılıq, heyvandarlıq da əhalinin əsas məşğuliyyəti idi. Oturaq əhali kustar əl əməyi ilə məşğul olur, saxsıdan, metaldan, şüşədən, müxtəlif məmulatlar düzəldir, həsir, xalça, palaz, çuval və s. əşyalar toxuyurdular.

Muğan bölgəsində yaşayan əhalinin məşğuliyyətini əks etdirən materiallar bölgə tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.

 
Muğan xalçası
 
Palaz

Bu gün də bir çox sənətkarlıq növləri ilə bir qisim əhali məşğul olur. Taxta işi, dəmirçilik, qalayçılıq, papaqçılıq, pinəçilik, toxuculuq, tikişçilik və s. sahələr inkişaf etdirilir.

 

Milli geyimlər

Ötən əsrlərdə qadınlarımız əsasən qırçınlı və büzməli tuman, köynək, yundan əl ilə sırınmış sırıqlı geyinər, başlarına ağ, noxudu kəlağayı, qrebdişin və tirmə şallar örtər, zərbafta ilə işlənmiş yay və qış arxalıqları geyinərdilər. Kişilər və uşaqlar ətəkləri büzməli şalvarlar geyinər, qışda altdan dizlik, əyinlərinə gödəkçə, sırıqlı, ayaqlarına yun corab və başlarına isə papaq geyinərdilər.

 
Muğan bölgəsinə aid kişi geyimi

 

İqtisadiyyat

Xanlığın paytaxt şəhəri olmuş Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551-1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671-1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gozəl sarayının yerləşdiyi CAVAD (Javate) şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavas" sözündən qaynaqlanır,keçid-bərə mənasını verir. O,1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü “Şirvan və Girganın hakimiyyət başında olan padşahı” adlandırır. Cavad XVII—XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. Səyyahlardan Övliya Çələbi, İ. Lerx, İ.Qerberq Şirvanın başqa nahiyələri ilə yanaşı Cavadda da ipək parçalar, xalçalar və digər şeylər istehsal edən böyük feodal toxucu ustalarının birləşdikləri “fabrik və manifakturalar” olduğunu görmüş və bu barədə də öz fikirlərini yazmışdır.İ.Q.Qerberq Cavad yaşayış məntəqəsi haqqında 1726-cı ilə dair məlumatlarında qeyd edir ki, Cavad sərhəd zolağında, həm də Rusiyanın tərəfində yerləşir. Onun ətrafında çoxlu tut bağları var və iranlıların hakimiyyəti dövründə buradan ipək qurdu bəsləmək üçün çoxlu məhsul yığılırdı və eyni zamanda çoxlu ipək istehsal olunurdu. Cavad qəsəbəsində isə müxtəlif ipək parçalar istehsal etmək üçün manufaktura olmuşdur. Lakin həmin müəssisə qiyamçılar tərəfindən dağıdılmışdır və yaxın vaxtlarda bərpa olunana oxşamır. Əvvəllər buralarda yaşayan əhali isə dağılışmış, yeni hücumlardan çəkinərək yaşayış yerlərinə qayıtmaq istəmirlər.Qazıqumuqlu Surxay xan və Hacı Davudun başçılığı altında dağlı qiyamçılar 1720-ci ildə tarixi Şirvan torpağının digər bölgələri kimi Cavadı və onun ətrafında olan kəndləri də dağıtmışdılar.1726-cı ilin payızında general - leytenant Ştof başda olmaqla rus qoşunları Kür çayı üzərindəki Cavad qəsəbəsinə daxil oldular. Qəsəbə Kür üzərində yerləşirdi və qiyamçılar tərəfindən həddindən artıq dağıdılmışdı. Sərhəd Kür çayı ilə Araz çayları ətrafındakı tut bağlarından keçirdi. Kür çayı üzərində və Araz çayının Kürə töküldüyü yerlə üzbəüz yerləşən, əvvəllər böyük şəhər olan Cavad haqqında indi yalnız xatirələr yaşayır.Səfəvilər dövləti dağılmasından sonra adıyla eyni olan xanlığın mərkəz şəhəri olmuşdur.Azərbaycan xanlıqlarının işğalı prosesində çarizm gəmiçiliyin inkişafı üçün əlverişli yer : ayılan Cavadda gömrük məntəqəsinin yaradılmasını da yaddan çıxartmamışdı. Pavel Sisiyanovun Nikolay Rumyantsevə 29 avqust 1805-ci il tarixli 594 saylı təqdimatında sözügedən məsələ haqqında məlumat verilir.Cavad bu dövrdə hətta XIX əsrin birinci yarısında da avropalıların da istifadə etdikləri dəniz və quru ticarət yolunun üstündə mühüm məntəqə olmuşdur. Həştərxan-Rəşt yolu adlanan bu xəttin bir qolu da “Şamaxı-Cavad” və “Cavad-Lənkəran” olmuşdur. Cavad yolu el arasında da çox şöhrətli olmuşdur.

Nəhayət, bu da məlumdur ki, qraf Valerian Zubov çar qoşunları ilə Azərbaycana gələndə 1795-ci il noyabrın 21-də Cavad yaxınlığında düşərgə salmışdı. İki çayın qovuşduğu bu ərazidə o vaxt Yekaterinoserd adlı bir şəhər salmaq, orada iki minə yaxın çar əsgəri yerləşdirmək, onları bura gətiriləcək erməni və gürcü qızları ilə evləndirmək, torpaq və kənd təsərrüfatı alətləri ilə təmin edib məskunlaşdırmaq istəyirdilər. Həştərxandan gələn gəmilər yükünü burada boşaltmalı idi. Bu şəhərdən Gürcüstan, Gəncə, Bakı, Salyan, Şamaxı ilə əlaqə yaratmaq, İranla ticarətdə dayaq məntəqəsi kimi istifadə etmək niyyətində idilər. Bu ildə çoxdan düşünülmüş Cavad şəhərini yaratmaq üçün çiy kərpicdən ilk ikimərtəbəli bina və pravoslav kilsəsi tikilir. Lakin sonradan şəhər salmaq fikrindən əl çəkilir.

Qalaqayında icarə haqqı 150 şirvan rublu olan boyaq evi var idi. İcarə haqqını əvvəllər (1820-ci ilə qədər - S.İ.) Mustafa xana verirdilər. İrandan və digər yerlərdən Muğan mahalı ərazisindən keçən karvanın hər bir yükünə mahal bəyinin xeyrinə 6 abbası gömrük haqqı alınırdı. Qalaqayından 6 ağaclıqda 6 duz gölü var idi. Yerli əhali duz göllərindən vergi ödəmədən istifadə etdikləri halda, Şirvan əyalətinin digər yerlərindən duz aparmağa gələnlər hər yükə - taya 1 abbası verməli idilər. Kür arxasında yaşayan muğanlılardan çervondan (çervon 10-luq qızıl pul) başqa, digər vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Bunun əvəzində muğanlılar İran tərəfdən, Rusiyaya qarşı Muğançöldən gələn hər hansı təhlükənin qarşısını almalı, gözətçilik etməli və hərbi xidmətə həmişə hazır olmalı idilər. Beləliklə, muğanlılar ildə xəzinəyə hər ailəyə təqribən 1 çevron vergi ödəyirdilər.

 

Əhali

Tarixin bir az dərin qatlarına nəzər salsaq, onda görərik ki, V-VII əsrlərdən X əsrə qədər Mil və Muğan düzlərində sıx oturaq əhali yaşamış və bu düzənliklərdə çoxlu suvarma kanalları qazılmış, böyük əkin sahələri və zəngin bağlar salınmışdı.Xanlıq dövründə isə Muğanda yerləşən yaşayış məskənləri bərbad vəziyyətdə idi. XVI-XVII əsrlərdə baş vermiş Osmanlı-Səfəvi müharibələri Muğan düzündə əkinçilik mədəniyyətinin dirçəlməsinə imkan vermirdi və Muğançöldən daha çox qışlaq yeri kimi istifadə olunurdu. Muğan düzünün böyük bir hissəsinə sahib olan Cavad xanlığı - Ərdəbil, Qaradağ, Gilan xanlıqları ərazisindən - Muğançöldə qışlamaq üçün axışan Şahsevən tayfaları qarşısında aciz idi. Tarixi məxəzlərdə Cavad xanlığını idarə etmiş iki xanın - Həsən xanın və Səfi xanın adı saxlanılmışdır. 1780-ci ildə Bakıda olmuş konsul Tumanovski Cavadlı Həsən xanın Kür və Araz çaylan arasında olan əraziləri idarə etdiyini və Fətəli xandan asılı olduğunu təsdiq edir. Həmin dövrdə Cavad xanı Muğanı da idarə edirdi. Bumaşevin 1786-cı ilə dair tarixi məlumatında Muğançöldə yaşayan əhali haqqında qeydlər vardır. O, yazırdı ki, burada Həsən xanın başçılığı altında 1500 ailədən ibarət köçərilik edən tərəkəmə elləri yaşayır.

 
Şahsevən tayfasına aid qızlar.


Onların özünəməxsus dili var və məhəmmədi dininə inanırlar.Həsən xan Fətəli xandan asılıdır. Mənbələr Cavad xanlığı əhalisinin dilini tatarca, qarışıq türk dili kimi göstərir. Beləliklə, XVIII əsrin 80-ci illərində Muğan xanlığında azəri türkcəsində danışan 1500 ailənin hər birini orta hesabla 6 nəfər götürsək, onda bu erazidə 8000 nəfər əhali yaşadığı məlum olar. Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbar mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Cavadda əyləşən Səfi xan idarə edir. Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığın Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir. Xanlığın Rudbari mahalına daxil olan kəndlərin əhalisinin sayı isə rus zabitinin tarixi qeydlərində göstərilmir. XVIII əsrin 80-ci illərində Azərbaycan xanlıqlarında əhalinin siyahıya alınması keçirilmədiyindən polkovnik Bumaşevin Muğan əhalisinin ümumi sayı haqqındakı məlumatları elmi baxımdan şübhə doğurmaya bilməz. Belə ki, Bumaşev digər Azərbaycan xanlıqlannda (Dərbənd, Şəki) yaşayan xristian əhalinin sayım xeyli şişirdir və onun tarixi qeydləri digər statistik qaynaqlarla təsdiqlənmir. Beləliklə, yuxarıdakı rəqəmlər öyrənilən dövrün tarixi reallığım tam əks etdirmir, çünki qışda maldarlığın inkişafı üçün təbii otlaqlarla zəngin olan Muğan düzənliyinin və Cavad bölgəsinin əhalisi gəlmə əhali hesabına xeyli çoxalırdı. XIX əsrə dair tarixi qaynaqlann birində Şirvan əyalətinin tarixi coğrafiyası ilə bağlı qeydlərdə Muğançölün əhalisi haqqında ötəri məlumat verilir. Bu əyalətin əhalisinin sayı ciddi dəyişikliyə məruz qalmışdır. Deyilənlərə görə, təkcə Muğan düzü 40000-ə qədər ailənin məskunlaşdığı yer olmuşdur.

 
Şahsevənlər

Doğrudan da Cavad bölgəsi, həmçinin Muğançöl Rusiya işğalına qədər Araz çayının (o taylı - bu taylı) həm şimalında, həm də cənubunda yerləşən Azərbaycan xanlıqlarının tərəkəmə əhalisinin təbii qışlaq yeri olmuşdur. Rusiya işğalından sonra isə bu ənənə pozulmuşdur. XVIII əsrdə Cavad xanlığında da əhalinin sayımı keçirilmədiyindən buraya gələn və gedən əhalinin miqdarındakı fərqi müəyyən etmək mümkün deyildir. Lakin, buna baxmayaraq, mənbələr Cavad xanlığında yerləşən kəndlərin əhalisinin tarixi-demoqrafik durumu haqqında müəyyən məlumat verməkdədir. Muğan bölgəsi əhalisinin tərkibinə mənfi təsir göstərmiş amillərə nəzər yetirək. Hələ Cavad xanlığı yaran mamışdan xeyli qabaq buranın əhalisi müəyyən demoqrafik dəyişikliyə məruz qalmışdı. Rusiya çarı və İran şahı II Təhmasib arasında 1723-cü il Osmanlı Portası ilə 1724-cü il müqavilə traktatlarına görə Cavad üç ölkənin sərhəd məntəqəsinə düşüb.1724-cü il 24 iyun Osmanlı Türkiyəsi ilə Rusiya arasındakı İstanbul müqaviləsinə əsasən Azərbaycan torpaqları iki yerə parçalanmış Türkiyə və Rusiyaya keçən torpaqlar arasında üç sərhəd ayırıcı qoyulurdu. Üçüncü mərəz Kür ilə Arazın kəsişdiyi Suqovuşan adlı yerə düşürdü.Əlbəttə, belə bir siyasi şəraitdə yerli əhalinin əvvəlki yaşayış yerlərinə qayıtması qeyri - mümkün idi. Göstərilən bölgədə sərhədçilər yerləşdirilirdi. Şəhərin dağıdılmasını digər qaynaqlar da təsdiq edir. Osmanlı Türkiyəsi, Səfəvi dövləti və Rusiya dövlətlərinin sərhədləri Cavadda kəsişirdi. Bölgüyə görə Cavad Rusiyanın payına düşürdü. Beləliklə, hələ Azərbaycan xanlıqlar yaranmamışdan xeyli qabaq Muğan və Cavad əhalisi ciddi demoqrafik dəyişikliyə məruz qalmışdılar.Muğan düzündə və Cavad şəhərində yaşayan əhalinin demoqrafik vəziyyətinə əsaslı təsir göstərmiş tarixi hadisələrdən biri də Gilan xanı Hidayət xanın 1778-ci ildə bu bölgəyə hücumu ilə bağlıdır. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.İstər yerləşməsi, istərsə də hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın xanlığa qatılması sonuncunun getdikcə güclənməsi demək idi.Qubalı Fətəli xanın dövlətçilik mənafeyini üstün tutaraq böyük dövlətlər (Rusiya, Qacarlar, Osmanlı) arasında diplomatik manevr siyasətini Quba xanlığının rəqibləri qəbul etmirdi. Fətəli xanın Muğan düzənliyini və Cavad xanlığını öz torpaqlanna birləşdirməsi bir sıra Cənubi Azərbaycan xanlıqlarının marağına əks idi. Belə ki, yuxarıda göstərilən xanlıqların əhalisinin köçmə maldarlıqla məşğul olan tərəkəmə hissəsinin ənənəvi qışlaq yeri olan Muğançölün böyük bir hissəsinin Fətəli xanın nəzarəti altına düşməsi, eyni zamanda Ərdəbildən və Muğandan şahsevənlərin müəyyən qisminin Quba xanlığına köçürülməsi Gilan, Ərdəbil,Qaradağ və digər xanlıqların mənafeyinə uyğun gəlmirdi.

Əvvəllər Quba xanlığına qarşı diplomatik fitnəkarlıqla məşğul olan bir sıra Cənub xanlıqları Fətəli xanın 1774-cü ildə Gavduşan vuruşmasındakı məğlubiyyətindən bir qədər sonra açıq hərbi müdaxiləyə başladılar. Bu işdə Gilanlı Hidayət xan xüsusilə canfəşanlıq edirdi. O, keçmiş Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi ilə ittifaq bağladı. Hidayət xanın qoşunları 1778-ci ilin əvvəllərində Lənkəran xanlığını, sonra isə Salyan hakimliyini qarət etdikdən sonra Muğana çıxıb Cavad xanlığının mərkəzi sayılan Cavad şəhərinə doğru irəlilədilər.Əhalini əsir aldılar.Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar.Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi.

Fətəli xanın ölümündən sonrakı dövrdə (XVIII əsrin 90-cı illərində) keçmiş Cavad xanlığının ərazisi əvvəlcə Qarabağ xanlığının, 1795-ci ildən sonra isə Şamaxı xanlığının tərkibinə qatılır.

Şamaxı xanlığındakı 17 mahaldan ikisi - Muğan və Rudbar mahallarının ərazisi Cavad xanlığının tarixi ərazisinə uyğun gəldiyindən, Şirvan əyalətinin Rudbar və Muğan mahalları əhalisinin kəndlər üzrə paylanmasına dair bir neçə tarixi sənəd tədqiqat işinə daxil edilmişdir. Belə ki, xanlıqlar dövrünə dair qaynaqlar sırasında Cavad xanlığında yaşayan əhalinin kəndlər üzrə yerləşməsi, təbii və mexaniki hərəkəti, eləcə də ümumi siyahıya alınması və tərkibinə aid tarixi material olmadığından Şirvan əyaləti əhalisinin 1820-ci il təsviri və 1831-ci il kameral təsvirinin materiallan Muğan və Rudbar mahallarında (tarixi Cavad xanlığı ərazisinin əksəriyyət hissəsini məhz bu mahallar təşkil etmişdir) əhalinin ailə hesabıyla kəndlər üzrə yerləşməsi, kişi cinsli əhalinin ümumi say miqdarına dair məlumat almaq baxımından mühüm elmi maraq kəsb edir.Aşağıdakı cədvəldən göründüyü kimi, Rudbar mahalında 18kənd üzrə 422 ailə məskunlaşmışdı.Kür çayı boyunca həm üzüaşağı, həm üzüyuxarı sahil boyunca yerləşən kəndlər Rudbar mahalı adı altında birləşmişdi. XIX əsrin əvvəllərinə dair qaynaqlardan məlum olur ki. Cavad qəsəbəsindən sonra Kür çayının aşağı axarı boyunca üç eyniadlı Rudbar kəndi - Aşağı, Orta və Yuxarı Rudbar kəndləri mövcud olmuşdur. Cavaddan sonra Kür çayından üzüyuxarı eyniadlı üç Kovlar kəndi - Aşağı, Orta, Yuxarı Kovlar yerləşir.Mənbədə həmin kəndlər əhalisi çox olan kəndlər kimi qeyd olunur. Mənbədə həmin kəndlər əhalisi çox olan kəndlər kimi qeyd olunur. 1820-ci il təsvirində Rudbar mahalında 18 kəndin yerləşdiyi göstərildiyi halda, 1831-ci il kameral təsvirinin yekun sənədlərində Rudbar mahalında 15 kəndin adı çəkilir.Mahalın naibi Darğa Məmmədxan idi. Nəticədə,tərəkəmə ellərinə başçılıq edən bəylərin siyahısı Rudbar mahalında 524 ailədə 1361 nəfər kişi cinsli əhalinin yaşadığı göstərilir.

 

Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1820-ci il).

Sıra sayı Kəndlər Əhali/ailələrlə
1 CAVAD 92
2 Bəlvan 10
3 Davağlar 4
4 Qoralar 15
5 Yenikənd 39
6 Qəzili 58
7 Əhmədbəyli 4
8 Quruzmanlı 22
9 Abdulyan 49
10 Yenicə 5
11 Mustafalı 16
12 Axtaçı 5
13 Meyniman 9
14 Həzrət 51
15 Surra-Ağamoğlan 7
16 Surra-Ağabədil 8
17 Surra-Məmməd 5
18 Surra-Abdulla bəy 23
Cəmi 18 422  


Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

 

Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1831-ci il)

Sıra sayı Kəndlər Həyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1 Kavratlı 93 256
2 Meyneman 12 26
3 Mustafalı 9 21
4 Axtaçı 6 14
5 Əli-Mədətli 6 18
6 Yeni donlu 17 37
7 Abdulyanlı 65 188
8 2 6
9 Qunızmanlı 33 87
10 Qəzili 62 159
11 Yenikənd 46 125
12 Surra 52 110
13 Qaralar 19 50
14 Bəlvan-Dabaqlar 16 26
15 CAVAD 86 238
Cəmi 15 524 1361  

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.

Hələ 1820- ci ildə keçmişdə Cavad xanlığına(mərkəzi indiki Cavad kəndi) bağlı olan istehkam qala vardı.1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.


Muğan mahalını idarə edən mahalbəyi(naibi) Qalaqayında əyləşirdi.Muğan mahalının naibi Həsən xan,sonra əmisi oğlu Mustafa bəy olmuşdur. Mənbədə Qalaqayın qalasında 100-ə qədər ailənin, ümumilikdə Muğan mahalında isə 400-ə qədər tərəkəmə ailəsinin məskunlaşdığı qeyd olunurdu.300 ailə vergi verirdi.Ellərə başçılıq edən bəylərin siyahısı cədvəldə verilir.Kollegiya qeydiyyatçısı Suşko tərəfindən tərtib olunmuş Şirvan əyaləti əhalisinin kameral təsvirinə dair sənədlərdə Muğan mahalının 19 kəndində 468 ailənin olduğu, bu ailələrdə 1216 kişi cinsli əhalinin yaşadığı göstərilir.

 

Muğan mahalı bəylərinin siyahısı (1820-ci il)

1-2 Məmməd Rza bəy Məlik bəy
3-4 Məhəmməd Əli bəy Abdulla bəy
5-6 Yolçu bəy Səfi Mirzə bəy
7-8 Əhməd bəy Molla Abdulla
9-10 Cəmşid bəy Məhəmməd Hüseyn bəy
11-12 Ağa bəy Əsədulla bəy
13-14 Məhəmməd Xəlif bəy Şahmurad bəy
15-16 Kəlbəlai bəy Abdulla Hüseyn bəy
17-18 MəlikMəmməd bəy Əli xan
19-20 Əhməd Əli bəy Əli bəy
21-22 Talib bəy Şərif bəy
23-24 Məmməd Əli bəy Hüseyn bəy
25-26 Cəfər bəy Məşədi Həsən Əli bəy
27-28 Əhməd bəy Mehmed bəy
29-30 Qaynaqdan oxunmur Cosuz bəy
31-32 Əli Məmməd bəy Potu bəy
33-34 Əli Mirzə bəy Axund Qasım bəy
35-36 Ağa Rəhim bəy Seyid Qasım bəy
37-38 Allahverdi bəy İbrahim bəy

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

1820-ci ildə Şirvan xanlığının sonucu xanı Mustafa xandan narazı olan Muğandan 50 ailə Talış xanlığına, 60 ailə isə Qarabağ xanlığına qaçmışdı. 1820-ci ildə Talış xanlığına qaçan ailələr geri qayıtsalar da Qarabağ xanlığına gedənləri Mehdiqulu xan hələ də geri qaytarmamışdı.

 

Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi

Sıra sayı Kəndlər Həyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1 Bəylik 31 79
2 Mənbədən oxunulmur 13 39
3 Məmişli 23 61
4 Kürkəndi 13 47
5 Çəngən 13 29
6 Rəncbər-1 16 46
7 Mənbədən oxunulmur 2 3
8 Rəncbər-2 13 29
9 Qırağlı 24 46
10 Minbaşıh 18 52
11 Potubəyli 28 67
12 Molla-Vaizli 24 90
13 Mənbədən oxunulmur 31 79
14 Əli-Sultanlı 24 58
15 Saatlı 28 67
16 Quzman 24 65
17 Molday 27 66
18 Mustafa bəyli 20 60
19 QALAQAYIN 96 233
Cəmi 19 468 1216  

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub. 

 

Hakimləri

1. Qiyas xan 1747—1750
2. Həsən xan Muğanlı 1750—1789
3. İbrahim xan 1789—1795
4. Səfi xan 1795-1805
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR