Slimfit
  1. AZƏRBAYCAN

Cavad xan nəslinin nümayəndəsi Gəncəyə gəlib

Cavad xan nəslinin nümayəndəsi Gəncəyə gəlib
Sakura

Cavad xan nəslinin nümayəndəsi Gəncəyə gəlib

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbəri, Gəncənin sonuncu xanı Cavad xanın kötücəsi, İsmayıl xan Ziyadxanovun nəvəsi Valid Ziyadlı Gəncəyə gəlib. Gəncəyə səfəri çərçivəsində Valid Ziyadlı və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun üzvləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olublar. 

Görüşdə qeyd olunub ki, Cavad xan Azərbaycan xalqının igidlik və mərdlik rəmzidir. Bu baxımdan onun xatirəsinin əziz tutulması, bu ada hörmətlə yanaşılması böyük əhəmiyyət kəsb edir. Qonaqlar bu ilin 4 yanvar tarixindəCavad xanın anım mərasiminin yüksək səviyyədə təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova öz minnətdarlıqlarını bildiriblər.

Qonaqlar Gəncədə aparılan abadlıq quruculuq işlərini də yüksək qiymətləndiriblər. Günü-gündən dəyişən və gözəlləşən Gəncənin öz tarixiliyini qoruyaraq daha da müasirləşəcəyinə əminlik ifadə olunub.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Gəncənin sonuncu xanı Cavad xanın kötücəsi Valid Ziyadlı vəCavad xan” Tarix və Mədəniyyət Fondunun üzvləri Cavad xanın türbəsini də ziyarət edib, onun xatirəsini anıb, məzarı üzərinətər çiçəklər düzüblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR