Slimfit
  1. İQTİSADİYYAT

Cari vergi ödəməsi qaydaları dəyişəcək - Hesablama

Cari vergi ödəməsi qaydaları dəyişəcək - Hesablama
Sakura

Növbəti ildən mənfəət və gəlir vergisi ödəyicisi olacaq şəxslərin cari vergi ödəməsinin hesablanması…

Növbəti ildən mənfəət və gəlir vergisi ödəyicisi olacaq şəxslərin cari vergi ödəməsinin hesablanması qaydası dəyişəcək.

Oxu.Az xəbər verir ki, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra növbəti vergi ilində bir çox vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada aşağıdakı meyarlara əsasən, sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar.

Sadələşmiş vergi ödəyicisi hüququnu itirənlər

1. İstehsal fəaliyyəti ilə məşğul olub 10-dan çox işçisi olan hüquqi və fiziki şəxslər;

2. Sahibkarlara xidmət göstərən hüquqi və fiziki şəxslər;

3. Sahibkarlara mal satan hüquqi və fiziki şəxslər;

4. Bina tikintisi istisna olmaqla, lisenziya tələb edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər;

5. Xəz-dəri və zərgərlik məmulatlarının satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər.

Cari vergi ödəməsi nədir?

Vergi üzrə tanınmış ekspert Emin Səttarovun Oxu.Az-a verdiyi açıqlamaya əsasən, yuxarıda qeyd olunan meyarlara əsasən, 01.01.2019-ci il tarixindən hüquqi şəxslər mənfəət, fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar.

Həmin şəxslər mənfəət və gəlir vergisi bəyannaməsini və vergi məbləğini Vergi Məcəlləsinin 149-cu maddəsinə əsasən, 2019-cu il bitdikdən sonra növbəti ilin (2020-ci ilin) mart ayının 31-nə kimi ödəməlidirlər. Bu vergilərinin ödənməsi maksimum 15 aya olduğundan Vergi Məcəlləsinin 151-ci maddəsi ödəyicidən həmin ödənilməli olan məbləği avans olaraq ödəməyi tələb edir. Bu əməliyyatın adı Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməsi adlanır.

Bəs cari vergi ödəməsi necə hesablanır?

Təsəvvür edin ki, “A” MMC-nin I rüb ərzində, yəni yanvar, fevral və mart ayları ərzində ümumilikdə 10 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 8 000 manat gəlirdən çıxılan xərc çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləğinin hesablanması qaydası belə olacaq:

I rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. 10000-8000=2000 (mənfəət)

2. 2000*20%=400 (mənfəət vergisi)

3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi)

Vergi Məcəlləsi cari vergi ödəməsini minimum 75 faiz həcmində ödənilməsini tələb edir. Ödəyici istəsə, 300 manat əvəzinə 400 manat mənfəət vergisini tam ödəyə bilər.

“ARTAN YEKUNLA” ifadəsini nəzərə alın

Tutaq ki, “A” MMC-nin II rüb ərzində ümumilikdə 15 000.00 manat gəliri olub və həmin gəlirin əldə olunması üçün 7000 manat xərc çəkib. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi məbləğinin hesablanması zamanı Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə xüsusi diqqət edilməlidir.

Aşağıdakı maddədə ARTAN YEKUN ifadəsi qeyd olunub. Yəni ödəyici hər rüb üzrə gəlir və xərclərini toplamaqla cari vergi hesablanması barədə arayışı təqdim etdikdən sonra vergi orqanı əvvəlki rübdə hesablanmış vergi məbləğini çıxaraq aradakı fərqi şəxsi vərəqəyə qeyd edir.

“151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə ARTAN YEKUNLA bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır”.

II rüb üzrə cari vergi ödəməsinin hesablanması belə olacaq:

1. (10000+15000)-(8000+7000)=10000 (mənfəət)

2. 10000*20%=2000 (mənfəət vergisi)

3. 2000*75%=1500 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi). Vergi ödəyicisi 1500 bəyan etməsinə baxmayaraq, vergi orqanı 1500-300=1200 manatı şəxsi vərəqədə əks etdirəcək.

“Yenidən haqq-hesab olunacaq”

Bundan başqa, vergi ödəyicisinin işçi sayı 10 nəfər və dövriyyəsi 200 000.00 manatı keçmirsə, mikrosahibkarlıq subyekti hesab olunur. Vergi ödəyicisi cari vergi hesablayan zaman artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200 000.00 manatı keçmirsə, cari vergi məbləğinə 75% azadolma tətbiq edə bilər.

102.1.30. mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

106.1.20. mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;

I rüb üzrə cari vergi ödəməsinin hesablanması

1. 10000-8000=2000 (mənfəət)

2. 2000*20%=400 (mənfəət vergisi)

3. 400*75%=300 (mənfəət vergisi üzrə cari vergisi ödəməsi)

4. 300-300*75%=75 manat (Cari vergi məbləğinə VM-nin 102.1.30 və 106.1.20 maddələrin tətbiqi)

E.Səttarov hesab edir ki, mənfəət və gəlir vergisinin ödəyicisi cari verginin hesablanması haqqında arayışı təqdim edən zaman dövriyyəsi artan yekunla 200 000.00 manatı keçmirsə, həmin şəxslərə mikrosahibkarlıq subyekti olduğundan nəzərdə tutulan azadolma tətbiq olunacaq. Qanunun tələbindən irəli gələn hüququn tətbiqi üçün arayış formasına da vergi orqanı tərəfindən müvafiq düzəliş edilməli olacaq.

Növbəti rüblərdə dövriyyə 200 000.00 manatı keçərsə, azad olma tətbiq olunmayacaq. İl bitdikdən sonra gəlir və ya mənfəət vergisi bəyannaməsi təqdim edilməklə vergi məbləği yenidən haqq-hesab olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR