CAR-da kişini sevdiyi avtomobili ilə birlikdə dəfn etdilər
Cənubi Afrika Respublikasının Şərqi-Kap bölgəsində qeyri-adi dəfn mərasimi baş tutub.
“Metro” xəbər verir ki, Tşekede Bufton Pitso adlı şəxs ölümündən sonra sevdiyi avtomobili ilə birgə basdırılıb.
1990-cı illərdə uğurlu siyasətçi və biznesmen olmuş Tşekedenin çoxlu sayda avtomobili olub.
Lakin bir müddət keçdikdən sonra kişi müflis olub və əlində yalnız Mercedes E500 markalı maşını qalıb.
Zaman ötdükcə maşın xarab olsa da, Tşekede mütəmadi olaraq maşına minib radiodan musiqiyə qulaq asarmış.
O, vəfat etdikdən sonra qohumları onun son vəsiyyətini yerinə yetirərək T.B.Pitsonu həmin avtomobildə dəfn ediblər.
Qeyd etmək lazımdır ki, kişi avomobilin sükanının arxasında oturaq vəziyyətdə məzara qoyulub.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət