Slimfit
  1. AZƏRBAYCAN

"Çapar" dərgisinin ilk sayı nəşr olundu

"Çapar" dərgisinin ilk sayı nəşr olundu
Sakura

Cümhuriyyətə həsr olunan jurnal – “Çapar”

Karabakhmedia.az xəbər verir ki, ilk sayı Azərbaycan Cümhuriyyəti Parlamentinin 100-cü ildönümünə həsr olunan dərgi çap olunub. “Çapar” tarix dərgisinin təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.

Aylıq tarix dərgisi kimi nəzərdə tutulan “Çapar”ın məqsədi Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı oxuculara bilgi verməkdir.

Dərginin ilk sayında baş yazı “Azərbaycan Parlamenti 100 yaşında” adlanır.

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, publisisti Mirzəbala Məhəmmədzadənin 14 yaşında ikən Bakıda nəşr etdiyi “Nəf-i elm, yaxud elmin sonu” adlı kitabçası ilk dəfə İlahə Xantəmirovanın təqdimatında latın qrafikasında verilib.

Jurnalın ilk müsahibi Azərbaycan Cümhuriyyəti Parlamenti, 1937-ci il repressiyası ilə bağlı suallara geniş cavab verən professor Ədalət Tahirzadədir.

Dərgidə Yusif İlhamoğlunun “99 illik universitet necə quruldu?”, Ceyhun Nəbinin “Əhməd bəy Ağaoğlunun Xalidə Ədib Adıvara cavabı”, Orxan Cəbrayılın “Mühacir hərbçi Firudin bəy Daryal” yazıları, eləcə də polkovnik Vəli bəy Yadigarın xatirələri, İrəvanın Göy məscidinin 100 illik fotoşəkilləri, Şuşa şəhərinin Çar dönəminə aid təsvirləri verilib, Əmin Abid, Ömər Faiq, Üzeyir bəy Hacıbəyli kimi klassiklərin məqalələri dərc edilib.

Dərgidə hər ay Azərbaycan tarixində önəmli rol oynamış bir şəxsiyyətin həyatı geniş şəkildə yer alacaq.

Dərgi 24 dekabrdan etibarən satışdadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR