Slimfit
  1. MARAQLI

Canan Karatay dönərə görə məhkəməyə verildi

Canan Karatay dönərə görə məhkəməyə verildi
Sakura

Canan Karatay dönərə görə məhkəməyə verildi

Məlum olduğu kimi bu günlərdə türkiyəli kardioloq Canan Karatay son illərin ən çox istifadə edilən və ucuz qiymətə satılan yeməyi dönərlə bağlı ciddi xəbərdarlıq etmişdi. 

O, ucuz satılan ətlərin tərkibində zərərli qatqı maddələri və palma yağlar olduğunu demişdi: “Bir məsəl var: ucuz ətin şorbası olmaz. Əgər bir yemək ucuzdursa, onun içində zərərli qatqı maddələri də var deməkdir. Toyuq dönərinə isə tamamilə qarşıyam. O heç toyuq əti də deyil. Ürəyiniz dönər istəyirsə, güvəndiyiniz və ucuz satılmayan yerlərə gedin”. 

Canan Karatayın bu açıqlamasından sonra Türkiyədə dönər satışı 30 faiz aşağı düşüb. Buna görə Türkiyənin Restoranlar və Turizmçilər Dərnəyinin rəhbəri Ramazan Bingöl həkimi məhkəməyə verib. Dərnək rəhbəri Canan Karatayın qiymətlərə təsir göstərdiyinə görə cəzalandırılmasını istəyib. 

Xalidə Gəray,

Mənbə: Musavat.com 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR