Slimfit
  1. MARAQLI

Camaşırları eyvanda qurutmağın zərərləri açıqlandı

Camaşırları eyvanda qurutmağın zərərləri açıqlandı
Sakura

Camaşırları eyvanda qurutmağın zərərləri açıqlandı

Eyvanda camaşır qurutmaq səhhətin pozulması ilə nəticələnə bilər.

“İzvestiya”nın məlumatına görə, bunu Rusiyadakı “Həyat məkanının ekologiyası” laboratoriyasının direktoru Anton Yastrebtsev bildirib.

O vurğulayıb ki, bir sıra evlərin mənzərəsi avtomobil yoluna tərəfdir, yaxud da yaxınlığında yerləşir. Bütün bunlar eyvandakı nəm camaşırları toz, his, ağır metal və digər kanserogenləri udan filtrə çevirir.

Həmin hissəciklər yataq örtüklərinə yerləşərsə, bu, sağlamlıq problemlərinə, ağciyərlərin  funksiyasının pozulmasına və hətta şişlərin yaranmasına səbəb ola bilər.

“Gündə təqribən səkkiz saat yatırıq. Bütün bu müddətdə yastıq, yataq ağı ilə birbaşa əlaqədə oluruq və bu tozla nəfəs alırıq. Nəticədə, sözügedən zərərli hissəciklər və ağır metallar bədənimizə daxil olur. Bundan sonra hər şey insan orqanizminin nə qədər güclü olmasından və bunun öhdəsindən necə gələcəyindən asılıdır”, - deyə, mütəxəssis vurğulayıb.

A.Yastrebtsev ancaq ekoloji cəhətdən təmiz və yaşıl ərazilərdə eyvanda çamaşır qurutmağı məsləhət görüb.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR