Slimfit
  1. BİOQRAFİYA

Camal ağa Dilbazi

Camal ağa Dilbazi
Sakura

CAMAL AĞA DİLBAZİ "GİRYAN" — Azərbaycan şairi,1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı

Zəmanəsinin dərin bilikli alimi,sufi şairi və ictimai xadimi olmuş Camal ağa Dilbazi Qazax qəzasının Xanlıqlar kəndinin bəylərindən,Vəhidi təxəllüslü şair Hacırəhim ağanınüçünçü oğludur.İlk təhsilini o biri qardaşları kimi atasından o çağın bu gözüaçıq, maarifpərvər insanından almış, türk,ərəb və fars dillərini ilkin olaraq ondan öyrənmişdir.Elmə,biliklərə yiyələnməyə böyük həvəsi olan Camal ağa tək özü oxuyub-öyrənməklə qalmayıb,həm də maarifçiliklə məşğul olmağa çalışmışdır.İlk gənclik dövründən qətiyyətli,təmiz əxlaqı,məqsədyönlü xarakteri ilə seçilirdi.Bu illərdə eşitdiklərini, gördüklərini gündəliyinə qeyd etməyi özünə adət edən Camal ağa eyni zamanda “Giryan” ("Ağlar" mənasında) təxəilüsü ilə sufi-yanə şeirlər, xalq şeiri üslubunda oynaq qoşmalar yazırdı. Sonralar, daha doğrusu 1905-ci ildə yaşadığı Xanlıqlar kəndindənQazax şəhərinə köçür, ticarətlə məşğul olur, burada ev tikdirir, həyatını ticarətlə, kirayə verdiyi mənzillərdən gələn gəlir və Xanlıqlardakı təsərrüfatından götürdüyü gəlirlə təmin edirdi.Ədəbiyyata o dərəcədə bağlı idi ki, evində ədəbi məclis təşkil etmişdi. Ədəbiyyatı ve tariximizi bilənlər, el şairləri, ziyalılar bu məclisə toplaşır, şeirləşir, ədəbi muzakirələr aparırdılar, şairlik istedadı olan, ədəbiyyatı yaxşı bilən şəxslərdən -Şahniyar xanım Rəncur, Salahlıdan Şəhla təxəllüslü Şəmşi bəy Vəkilov və İbrahim Əfəndi Qayıbov, Barxudarlıdan Ağacıq oğlu Nebi ağa, Daş Salahlıdan el şairləri Vəli ağa Alaybəyov və Mirzə Səməd Həsənov, Çaylı kəndindən şair və müəllim Hacıkərim Saniyev, Kəsəmənli İsrafil ağa Kərbəlayev və b. bu ədəbi məclisin daimi iştirakçıları idilər. Hətta bir dəfə pristav Şəfi bəyi, başqa bir dəfə pristav Həsənəli bəy Əsgərxanovu həcv etmək üçün öz aralarında müsabiqə elan edirlər. Bu müsabiqələrdə Camal ağanın həcvi qalib elan olunmuşdu. Maariflənmənin önəmini yaxşı dərk edən Camal ağa 1912-ci ildə Qazax şəhərində İsrafil ağa Kərbəlayevin mehmanxanasının bir otağında öz hesabına qiraətxana və kitabxana açır. Buraya Bakıdan, Tiflisdən, İstanbuldan çoxlu kitab, qəzet, jurnal gətirir. Yerli ziyalıların gəlib-gətdikləri bu qiraətxana 1918-ci ildə Müəllimlər Seminariyasının açılışı ile daha da canlanmış, bu tədris ocağının müəllimləri və tələbələri buraya ayaq açmışdılar. Tez-tez qiraətxanaya gələn seminaristlərdən biridə sonralar şöhrətlənən Səməd Vəkilov (Vurğun) idi. Teymur Miralayevin yazdığına görə, "Camal ağa demokrat fikirli mülkədar olmuşdur. Səməd ağa Ağamalıoğlu, "Molla", "Qarasaqqal" təxəllüslü Muxtar Hacıyev,Məmməd Kosayev, Məşədi Abbas Poladov kimi qəzada siyasi fəaliyyətlə bağlı adamlar bu qiraətxanaya gəlir, onunla açıq və gizli söhbətlər edirdilər". Onun açdığı bu maarif ocağı 1920-ci ilin aprel çevrilişinə qədər fəaliyyət göstərmişdi.Camal ağa Dilbazov 1917-19-cu illərdə Qazax şəhər idarəsinin başçısı idi.Bu illərdə siyasi görüşləri etibarilə Camal ağa rus çarizminin sömürgəçilik siyasətinin, velikorus şovinizminin əleyhdarı idi. Firidun bəy Köçərlinin sədriiyi ilə Qazaxda Müsavat Firqəsinin yerli təşkilatı yaradılanda, bir cox milli düşüncəli ziyalılar kimi,bu partiyanın məramına rəğbətlə yanaşmaqla, istiqlal Hərəkatına qoşulmuşdu. Qafqaz İslam Ordusunun əfsanəvi Nuru paşa 1918-ci ildə Qazağa gələndə onu qarşılayanlar arasında Camal ağa da vardı və bir şəhər basçısı olaraq bu münasibətlə atəşin nitq irad etmiş və paşanın şərəfinə öz hesabına ziyafət vermişdi.3 cildən ibarət kitab yazıb hazırlayır, bu cildlərə özünün 1880-ci illərdən,yəni gənc yaşlarından yazmağa başladığı əsərlərini daxil edir.1801-ci ildən sonrakı dövrdə Qazax mahalında və ətrafında cərəyan etmiş tarixi hadisəsələri öz prizmasından qələmə almış, bütün dərinliyi ilə bələd oduğu sufizm və müridizm cərəyanlarını bəlkə ilk dəfə yeni gözlə təhlil etmişdi və bu qiymətli əsərlərin çapı barədə düşünürdü.1945-ci ilin payızında Qazax şəhərində dünyasını dəyişir Xanlıqlar kəndi Baba dərviş qəbirstanlığında Xülüsi əfəndi İstabulinin məzarı yanında dəfn edilmişdir.

Həbsi

İstintaqın yekununda martın 12-də Camal ağa Dilbazov barəsində "antisovet təbliğat ve banda ile elaqə saxlamaq" ittihamı irəli sürülmüşdür. Camal ağa bu ittihamı rədd edir. İttiham protokolunda qeyd olunur ki "müttəhim təqsirini boynuna almır".Onun işinə məhkəmədən kənar qaydada – Gəncə Dairəsi ərazisində Fövqəladə Üçlüyün (troykanın) 25 mart 1931-ci il tarixli iclasında baxılaraq belə bir Qərar çıxarılmışdır: "Camal ağa Dilbazı - 60 yaşında, türk. Azərbaycan vətəndaşı. Qazax şəhər sakini, keçmiş mülkədar,səs hüququndan məhrum edilib, AzSSR CM 72-ci maddesinin 2-ci hissəsi və 18/79-cu maddəsi ilə ittiham olunur, ailəsi ilə birlikdə beş il müddətinə Qazaxıstana sürgün edilsin".Onun evində axtarış aparılarkən çapa hazırladığı üç kitabından ikisi ələ keçir və cekistlər onu müəllifin gözü qarşısında buxarıda yanan ocağa atırlar.Üçüncü kitabı ve vaxtile onun evinde qonaq qalmış istanbullu Xülusi Efendinin “Nicati-əbədiyyə" elyazma kitabı xeste yatan balaca qızı Senemin döşeyinin altında gizlədildiyindən salamat qalır.Yandırılan kitabların ikinci nüsxələri yox idi.Camal ağa ailəliklə sürgünə aydın olmayan səbəblər üzündən bir il sonra -1932-ci ilin əvvəllərində göndərilir hər halda həmin salamat qalan “Divani-Fəsahət"in sonunda onun 1932-ci ildə bitirilmiş olduğu qeyd olunur. Camal ağa salamat qalan həmin kitabları mescide qoyulması üçün Abuhəyat adlı qonşu qıza verir. Görünür ele güman edirmiş ki kitablar hər halda məsciddə daha yaxşı zamanların gələcəyi ümidi ilə salamat qalar. Lakin bu ağıllı qızın əmanət kitabları mescidə qoya bilmədiyini,özündə saxlamışdır.Camal ağanın Qazaxdakı evi ve əmlakı müsadirə edilir. Arvadı Zeynəb xanım (Şıxlinskaya) və azyaşlı qızı Sənəmlə birlikdə Qazaxıstandakı sürgün illəri çox üzüntülü keçmişdir. 15-20 ailə bir barakda sıxlaşıb yaşamağa məhkum idi. Bu ağır sürgün dövründə xəstə qızcığaz Sənəm tələf olur (8 yaşında idi) və onu sürgündəkilər səhrada böyük bir kədər ve hüznlə qumsalda dəfn edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR