Slimfit
  1. MEDİA

Çaldıran döyüşü haqqında yeni film

Çaldıran döyüşü haqqında yeni film
Sakura

Çaldıran döyüşü haqqında yeni film

“BƏNGÜ-BADƏ” – Çaldıran savaşına bədii və tam fərqli baxış – Rejissor ELŞƏN İSMAYIL-ın filmi

Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda artıq onlarla bədii, sənədli filmin, bir neçə tamaşanın və iki kitabın müəllifi olan  gənc istedadlı yazar, ssenarist, aktyor, rejissor Elşən İsmayıl yeni film barəsindəki suallarımızı cavablandıraraq qısaca bildirdi ki: “filmin ssenarisi 16-cı əsr Azərbaycan tarixi haqqında müstəqil tarixi araşdırmalar, Məhəmməd Füzuli haqqında yazılan oçerklər və şairin “Bəngü-Badə” poemasının motivləri əsasında yazılmışdır. Film, tarixdən ilhamlanaraq bədii təzahür əsasında təqdim olunur. Filmdə təsvir edilən hadisələr və obrazlar ssenari müəllifinin xəyali təfəkkürünün məhsulu olsa da, bəzi tarixi həqiqətlər dəyişdirilmədən təqdim olunub. Film, dahi Azərbaycan şairi, mütəfəkkiri, filosofu, sufi şeyxi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunur, şanlı tariximizin, dövlətçiliyimizin təbliğatı məqsədi daşımaqdadır... 

Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc sənət adamları, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Filmdə iştirak edirlər: “AVROPALI GİZLİ TƏŞKİLAT RƏHBƏRİ” rolunda ARİF NOVRUZOV, “GİZLİ TƏŞKİLAT ÜZVÜ” rolunda MAHİR MƏMMƏDOV, “MƏHƏMMƏD XAN USTACLI” rolunda RASİM VƏLİYEV, “ƏLVƏND MİRZƏ” - ZAUR KƏRİMLİ, “AİŞƏ HAFİZƏ SULTAN” - ESMİRA BƏŞİRLİ, “HÜSEYN BƏY ŞAMLI” - VƏKİL HƏSƏNOV,  “QƏMBƏR ƏLİ XAN” - MAQSUD ADİLOĞLU, “BANUNUR XATUN” - TÜRKANƏ BAYRAMOVA, “TACLI BƏYİM”  - GÖZƏL NİYAZOVA və nəhayət “ŞAH İSMAYIL” obrazına can verən ELŞƏN İSMAYIL özüdür. 

Filmin ikinci rejissoru VƏKİL HƏSƏNOV, Təsvir rejisoru isə XALİQ MİRZƏLİ, İcraçı Prodüseri GÖZƏL NİYAZOVAdır. Filmin il ərzində tamaşaçılara təqdim olunması planlaşdırılır. 

 İndi isə saytımız filmin anonslarını sizlərə filmi təqdim edir:

Son olaraq qeyd edək ki, filmdə müasir dövrdə hələ geniş yayılmamış bir üsuldan – süni intelekt və xüsusi komptüter qrafikasından istifadə edilib. Rejissorun fikrincə bu üsul artıq bir çox dünya ölkələrini təcrübəsində var və Azərbaycanda da tətbiq edilməsi çox normaldır. Süni intelekt yaradıcı insana texniki olaraq çox kömək edir və işin ərsəyə gəlməsi zamanını qısaldır. O nöqteyi-nəzərdən incəsətdə, kinoda süni intelektin inkişaf edib yayqın olması labüddür. 

Məlumat verdi: Filmin Mətbuat Xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR