Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Cakuzi təzyiqi aşağı sala bilərmi

Cakuzi təzyiqi aşağı sala bilərmi
Sakura

Cakuzi təzyiqi aşağı sala bilərmi

Ens.az xəbər verir ki, Oreqon Universitetindən alimlər hipertoniyanın müalicəsi vaxtı istilik terapiyasının imkanlarını öyrənirlər.

Yüksək təzyiqə qarşı mübarizədə cakuzinin kömək edəcəyi barədə bir nəzəriyyə var.

Bu tədqiqatın gedişatında könüllülərdən yoxlanılmamış həbləri udmaq, yaxud istirahət və ya qida ilə bağlı özünə korluq vermək lazım gəlməyəcək.

Bunun əvəzinə, onlardan cakuzidə oturmaq, televiziya seyr etməkdən zövq almaq və ya həftədə üç dəfə stasionar velosipeddə pedal hərləmək istənəcəkdir. Elm adamları istilik terapiyasının davamlı yüksək arterial təzyiqi fiziki fəaliyyət qədər və ya ondan daha çox azalda biləcəyi ilə maraqlanırlar. Həkimlər adətən hipertaniyadan əziyyət çəkənlərə yüngül məşq etməyi məsləhət görürlər.

Bir çox səbəbdən faydalıdır, insanlar tənbəllik və ya motivasiyanın olmaması səbəbindən fiziki fəaliyyətə məhəl qoymurlar. Buna görə elm adamları hipertaniyanın ilk mərhələsində olan, dərmanları müntəzəm qəbul etməyən və idmanla məşğul olmayan xəstələrə təsir etmək üçün başqa yollar axtarır. Təcrübədə ixtiyari olaraq iki qrupa bölünən 50 könüllü iştirak edəcəkdir. Birincisində, istilik terapiyasını, ikincisində - fiziki fəaliyyətini yoxlayacaqlar.

2016-cı ildə "Physiologiya" jurnalında eyni qrup elm adamı 8 həftəlik isti su ilə sessiyaların qan damarlarının işində nəzərəçarpacaq dərəcədə yaxşılaşmalara, sərtliyinin azalmasına səbəb olduğunu sübut etmişdi. Bu oturaq nəzarət qrupunda müşahidə edilməyən arterial və diastolik qan təzyiqini aşağı salmışdı. Bütün iştirakçılar suda eyni qədər vaxt keçirdilər, amma temperaturu yüksəltməmişdilər.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR