Dərc edildi: Baxış sayı: 6051
Cahan şah - Ağzım qönçeyi-xendan dedilər, gerçəkmiş
Ağzım qönçeyi-xendan dedilər, gerçəkmiş,
Xəti-ruxsanm reyhan dedilər, gerçəkmiş.
Lövhi-məhfiızini ta gördö kelam ehli sənin,
Ayəti-vəchini Quran dediler, gerçəkmiş.
Zövqi-eşqin ki, qəmi dünyavü üqbaye deyər,
Bu könül təxtinə sultan dediler, gerçəkmiş.
Ənbərəfşan saçını küfiə münasib qılıban,
Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş.
Əhli-təqva ki, sücud eyledi vechində sənin,
Sacidi-surəti-rahman dedilər, gerçəkmiş.
Ey Həqiqi, çu sənə nəqli-kelam oldu müin,
Nəfsinin şərhini bürhan dedilər, gerçekmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət