Dərc edildi: Baxış sayı: 475
“ByteDance” şirkəti ABŞ-da öz biznesini “Microsoft”a satmaqdan imtina edib
"TikTok" mobil proqramı üzərində hüquqlara sahib Çinin "ByteDance" şirkəti ABŞ-da öz biznesini "Microsoft" korporasiyasına satmaqdan imtina edib.
Ens.Az ictnews.az-a istinadən bildirir ki, eyni zamanda öz mənbələrinə istinadən Blumberq agentliyi məlumat verib ki, sözügedən biznesə ikinci iddiaçı olan "Oracle" şirkəti son günlərdə satınalma ilə əlaqədar danışıqları sürətləndirib.
Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" qısamüddətli videolar hazırlamaq və izləmək üçün mobil proqramdır. 2018-ci ildə istifadəyə verilmiş proqram Çində qısamüddətli video seqmentində lider olub və dünyada populyarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət