Dərc edildi: Baxış sayı: 373
Byazi millidən gedirmi? - Rövnəq Abdullayev
Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə hər kəsi təbrik edirəm.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri Avro-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur:
“Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C.Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət