Slimfit
  1. DÜNYA

Buz və atəş ölkəsi

Buz və atəş ölkəsi
Sakura

Buz və atəş ölkəsi

İslandiya Atlantik okeanının şimalında, Qrenlandiya, Skandinaviya və Britaniya adasının şimal-qərbində yerləşən bir ada dövlətidir.

Oxu.Az xəbər verir ki, vulkanik bir ada üzərində qurulmuş və ətrafındakı bir çox adadan meydana gəlmiş bir dövlət olan İslandiyanı 861-ci ildə norveçlilər kəşf edib.

Adaya ilk dəfə IX-X əsrdə Norveçdən gələn vikinqlər yerləşiblər.

15 aktiv vulkan, 10 minə yaxın şəlalənin olduğu, qış aylarında bəyaz örpəyi, bahar və yay mövsümlərində yamyaşıl təbiəti ilə turistlərin diqqətini çəkən İslandiyanın əhalisi 320 min nəfərdir.

Xalqın 80 faizi şəhərlərdə, digər qismi isə kəndlərdə yaşayır. İsland xalqı özlərinə məxsus dilləri, mədəniyyətləri, əfsanələri və adət-ənənələrini qorumaq üçün əllərindən gələni edirlər.

Ölkə iqtisadiyyatının əsasını balıq və balıq məmulatları təşkil edir. İslandiyanın ən önəmli gəlir mənbəyini təşkil edən balıqçılıq 106.487 qross tonluq 866 gəmi ilə həyata keçirilir.

İllik tutulan balıq miqdarı bir milyon 500 min tondur. Əsas balıq növləri isə balina, morina və rinqadır.

Ölkə ixracatının 80 faizini balıq məhsulları, balıq konservi, duzlanmış və dondurulmuş balıq, balıq unu, balıq yağı, alüminium, diatomit və gübrə təşkil edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR