Slimfit
  1. TƏBİƏT

Buynuzlu kərtənkələnin qanlı müdafiəsi

Buynuzlu kərtənkələnin qanlı müdafiəsi
Sakura

Buynuzlu kərtənkələlər yırtıcıdan öz qanı ilə atəş açaraq müdafiə olunmağa qadirdir.

ABŞ-da yaşayan buynuzlu və ya qurbağaya bənzər kərtənkələlər (Phrynosoma) düşmənlərindən qorunmaq üçün ən müxtəlif mexanizmlərdən istifadə edir. Kərtənkələyə təhlükə olarsa o ilk növbədə rəngi hesabına yerlə qarışmağa cəhd edərək yerindəcə donub qalır. Bu kömək etmədikdə və düşməni ona çox yaxınlaşdıqda kərtənkələ qısa məsafədə hərəkət edir, arabir dayanır. Belə üsul yırtıcını qorxutmaq üçündür.

Bəzən belə davranış buynuzlu kərtənkələ üçün düşməni qovmağa bəs etmir. Belə halda tikanlarını açaraq daha böyük görünmək üçün o şişməyə başlayır. Lakin qurbağa bənzər kərtənkələ ən maraqlı müdafiə mexanizmini (ən azı dörd metoddan biri) ən təhlükəli hallarda istifadə edir.

Çıxılmaz vəziyyətə düşəndə kərtənkələ göz qıraqlarından beş metr məsafəyə qədər qanla atəş aça bilər. Bu başdan gələn qan axını örtüyünün hesabına olur, bu zaman qan təzyiqi artır və bu da göz qapaqları ətrafındakı kiçik damarların partlamasına səbəb olur. Belə hərəkət yırtıcını çaşdırır, qan dadı isə ona xoşagəlməz təsir göstərir (xüsusən əgər o it və pişik kimilər ailəsinə məxsus olarsa). Bununla belə belə müdafiə yırtıcı quşlar üçün heç bir təsir göstərmir, buna görə də kərtənkələlər asanlıqla onların ovu ola bilər.

Yırtıcının qanla necə atəş açmasına aşağıdakı videoda baxa bilərsiniz:

[video=45]

Müəllif: Famil Ələkbərov

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR