Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bütün xəstəliklərin yaranma səbəbi bu imiş - Məşhur cərrahdan inanılmaz araşdırma

Bütün xəstəliklərin yaranma səbəbi bu imiş - Məşhur cərrahdan inanılmaz araşdırma
Sakura

Bütün xəstəliklərin yaranma səbəbi bu imiş - Məşhur cərrahdan inanılmaz araşdırma

Çox az adam bilir ki, baş ağrıları, dəri xəstəlikləri, allergiya, artrit, şişlər və digər sağlamlıq problemləri bağırsağın işinin pozulması ilə bağlıdır. Qəbul etdiyiniz qidaları mədə həzm etdikdən sonra faydalı maddələr ayrılır və qida tullantıları bağırsaqlara ötürülür.

Publika.az xəbər verir ki, 20-ci əsrin birinci yarısında məşhur cərrah Arbutnot Leyn İngiltərədə mindən çox yoğun bağırsaq əməliyyatı yerinə yetirib. O, bütün xəstəlikləri qəbizliklə əlaqələndirir və xəstələrini sadəcə qalın bağırsağı təmizləyərək müalicə edirdi. Cərrah apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib ki, qalın bağırsaq zəhərlənməsi bədənin orqanlarını tədricən sıradan çıxarır.

Başqa bir həkim və amerikalı yazar Bernard Censen bağırsaqlara daxil olan toksinlərin bütün bədənə yayıldığını bildirib. Odur ki, bağırsaqların təmizləməsi çox vacib prosedurdur. Sağlam bağırsaq qida maddələrinin mənimsənməsinə imkan yaradır, ən əsası toksinləri bədəndən xaric edir. Bağırsaqların işinin pozulması nəticəsində parazitlər və qida qalıqları qana keçərək infeksiya, allergiya, sızanaq, qəbzlik, artrit, revmatizm, astma, ürək və tənəffüs problemləri, xroniki yorğunluq, depressiya, konsentrasiyanın pozulması, panik hücumu və s. kimi müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

Xəstəliyin əsas səbəbləri aşağıdakı vəziyyətlərdir:

1. Fekal çirklənmə

2. Bağırsaq disbakteriozu

3. İrritabl bağırsaq Sindromu (IBS)

4. Qluten və Çölyak xəstəliyi

1. Fekal çirklənmə

Ağ un bədən üçün çox təhlükəlidir. Unu aşağı temperaturda su ilə bişirsəniz, köhnə kitabı təmir etmək üçün güclü yapışqan hazırlaya bilərsiniz. Tərkibində ağ un olan məhsullar uzun illər ərzində bağırsaq divarlarına, xüsusən də böyük bağırsaqda təbəqə halında toplanır. Bu yapışqan hər gün daha çox yığılaraq qəbzliyə səbəb olur. Dolayısıyla bu, çirklənmə ilə nəticələnir.

Bundan savayı oturaq həyat tərzi, ətraf mühitin çirklənməsi, dərmanlar, şəkər, rəfinə olunmuş məhsulları, kimyəvi qatqılar, stress, minerallar və digər faydalı maddələrin çatışmazlığı bağırsaqlarda toksinlərin yığılmasına təsir göstərir. Bu, bakterial florasına təsir edir və metabolizmi yavaşladır.

2. Bağırsaq disbakteriozu

Bağırsaq bakteriyalarının disbalansı ilə bir çox sağlamlıq problemi ortaya çıxır. Şəkər və zülalın həddindən artıq istehlakı, məhsulların yanlış birləşməsi, həmçinin laksatiflər və antibiotiklər bağırsaq disbiozuna səbəb olur.

3. İrritabl Bağırsaq Sindromu (IBS)

İrritabl bağırsaq sindromu şişkinlik, qəbzlik, ishal (diareya), qaz, qarın nahiyəsində ağrı və sancı kimi xroniki simptomlar ilə xarakterizə olunur.

IBS göbələklərə, parazitlərə və patogen bakteriyalara, eləcə də narahatlıq və stressə səbəb ola bilər. IBS müxtəlif xroniki xəstəliklərə və hətta xərçəngə də yol açır.

4. Qluten və Çölyak xəstəliyi

Qluten xəmir kütləsini daha yumşaq və daha elastik etmək üçün istifadə olunan və təəssüf ki, hər gün ərzaqlarda daha çox iştirak edən bir proteindir. Qlutenə qarşı allergiya çölyak xəstəliyi də daxil olmaqla ciddi xəstəliklərə səbəb olur. Çölyak xəstəliyi bağırsaq qişasını məhv edə, hətta ölümlə nəticələnə bilər.

Nə etmək olar?

Mütəmadi olaraq bağırsaqların detokstasiyası həyata keçirilməldir. Əgər sızanaq, dəri və iltihab varsa, ilk növbədə bağırsaqlar təmizlənməlidir. Siz faydalı məhsullar qəbul etməli və aktiv həyat tərzi sürməlisiniz.

Aşağıdakı pəhriz bağırsaq florasını bərpa edə bilər:

Səhər yeməyi

Təzə meyvələrə üstünlük verin. Bol su için. Təbii kefir, qatıq və pendirdən istifadə edin. Un və şəkər ehtiva edən qidalardan qaçın.

Nahar

Düyü və ya kinoa kimi qlutensiz taxıl məhsulları yeyin. Göyərti və tərəvəzi zövqə görə təyin edin. Toyuq və alternativ olaraq balıq seçə bilərsiniz.

Şam

Düyü və ya kinoa, göyərti, şirin kartof. Alternativ: toyuq, balıq, yumurta, keçi pendiri, qatıq və ya pendir.

Qırmızı əti azaltmaq daha yaxşıdır.

Yeməkdən 1 saat əvvəl və ya çox sonra yetişmiş və dərmansız meyvələr yeyin.

Günəş (D vitamini) də bağırsaq üçün yaxşıdır. Şəkər / şirniyyat, süd, inək südü, qırmızı ət, qazlı içkilər, konservləşdirilmiş meyvə şirələri və ağ çörəkdən qaçın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR