Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bütün xəstəliklərə dərman axtarırsınız? İnanmayacaqsınız, amma var

Bütün xəstəliklərə dərman axtarırsınız? İnanmayacaqsınız, amma var
Sakura

Bütün xəstəliklərə dərman axtarırsınız? İnanmayacaqsınız, amma var

Bu gün sizə "ölümdən başqa bütün xəstəliklərə" kömək edən gözəl bir təbii müalicə haqqında danışacağıq. Bəs bu nədir? Qara zirənin toxumları və yağı.

Yaşadığımız texnogen dövründə sağlamlığımızı bərpa etmək və qorumaq üçün təbii müalicə vasitələrindən hər keçən gün daha uzaqlaşırıq, onlardansa, xışıldayan bükmələrə qablaşdırılmış parlaq tabletlərə üstünlük veririk.

İstehzalıdı, lakin onları udaraq, istehsalçıların qablaşdırmaya diqqətlə qoyduqları vərəqləri - təlimatları oxumağa həmişə səbrimiz çatmır. Hərçənd ki, əgər diqqətimizi cəmləsək, orada çox maraqlı şeylər oxuya bilərik. Ancaq bir qayda olaraq, vaxtımız olmur.

Başda, beldə, dişdə ağrı pristupları, həmişə təlimatdakı kiçik hərfləri öyrənməyə kömək etmir və həbi udaraq, "razılaşma şərtləri" - yan təsirləri, geniş kimyəvi tərkibi və dərman sənayesinin digər "sevinclərini" qəbul edirik.

Halbuki, tərkibinə və təsirinə görə mükəmməl olan effektiv təbii müalicə vasitələri var. Şübhəsiz ki, onların da əks göstərişləri var. Buna görə də onlar barədə geniş məlumat üstünlükdür.

Elmi ictimaiyyət uzun müddətdir ki, qara zirənin tərkibini və xüsusiyyətlərini diqqətlə araşdırır. Pubmed - müxtəlif araşdırma ilə dolu olan ən müasir tibbi İnternet mənbəyidir. Budur onlardan yalnız biri.

Qara zirə nə qədər faydalıdır?

  • Qara zirənin yağı çox faydalı xüsusiyyətlərə malikdir:
  • həzm sistemini normallaşdırır
  • bəzi təhlükəli bakteriyaları məhv edir, antiparazitik xüsusiyyətlərə malikdir
  • xolestereni azaldır
  • yaddaşın yaxşılaşmasına imkan yaradır 
  • toxuma yenilənməsini sürətləndirir
  • təzyiqi azaldır
  • qaraciyərin, böyrəklərin, öd kisəsinin işini normallaşdırır
  • psixo-emosional fonu bərpa edir
  • qara zirənin aktiv maddələri sümük iliyinin və immun sisteminin həyati-əhəmiyyətli hüceyrələrinin formalaşmasını stimullaşdırır. Bu fakt Cənubi Kaliforniyanın (ABŞ) Xərçəng İmmunoloji Laboratoriyasının tədqiqatçıları tərəfindən rəsmi olaraq təsdiqlənib.

Yağın tərkibinə aşağıdakılar daxildir:

  • 15 amin turşusu, bunlardan 8-i əvəzedilməzdir.
  • arqinin - immunitet sistemini stimullaşdırır və şişlərin böyüməsini ləngidir
  • karotenoidlər - A vitamininin sələfləridir
  • vitamin C və B qrupunun vitaminləri: B1, B2, B3, B6, B9
  • kalium, natrium, kalsium, manqan, dəmir, mis, selen, sink, fosfor
  • osfolipidlər, fitosterollar, flavanidlər, alkaloidlər, fermentlər

İstifadəyə başlamazdan əvvəl əks göstərişlər barədə məlumat əldə etməlisiniz:

  • Fərdi dözümsüzlük.
  • Hamiləlik (uşaqlığın daralmasına və doğuşa səbəb ola bilər)
  • Kəskinləşmələr dövründə qastrit ( ancaq o qastritin profilaktikası və yüngülləşmə zamanı müalicə üçün çox faydalıdır ).
  • Böyrəklərdə, sidik və ya öd kisəsində və s. böyük daşlar olduqda (kiçik daşların həllinə kömək edir, lakin böyük olanların hərəkətlənməsinə səbəb ola bilər və bu təhlükəlidir).
  • Orqan nəqli vəziyyətində, köçürülmüş orqanın orqanizm tərəfindən rədd edilməsinə səbəb ola biləcəyi üçün.
  • Sistem xəstəlikləri (qırmızı qurdeşənəyisi və s.) halında. Çünki bu cür xəstəliklərdə immuniteti gücləndirmək təhlükəli ola bilər.

Vacibdir! Qara zirə yağını qəbul etməyə başladığınız zaman immunitetin aktivləşməsi səbəbiylə xroniki xəstəliklərin şiddətlənməsi mümkündür. Qorxmağa ehtiyac yoxdur. Bunu bilmək vacibdir. Özünüzü pis hiss edirsinizsə, dozanı, daha yaxşı hiss edəcəyiniz qədər azaldın, optimal dozaya qayıdın.

Belə hallar da olur ki, bu yağı içməyi çox istəyirsiniz, ancaq xəstəliyin kəskinləşməsi və ya dözümsüzlük səbəbindən bunu edə bilmirsiniz. Belədə, onu qəbul etməyin iki alternativ variantı var:

  • Qara zirə toxumlarını mümkün olan hər hansı bir vasitəylə (kofeüyüdən, həvəng) üyüdün və bərabər nisbətdə keyfiyyətli bal ilə qarışdırın. Bir neçə gün o şəkildə qalsın və çəkiyə, hazırkı vəziyyətə uyğun olaraq həmin pastanı istehlak edin.
  • Qaynar su tökün (100 ml.) Bir çay qaşığı toxum, bir-iki saat dəmləyin və sağlamlıq üçün mübarizəyə hazırdır! Yalnız unutmayın, həmin dəm tez xarab olur. Hazırlanmış tərkib 3-4 saat ərzində istifadə üçün uygundur.

Vacibdir! Toxumları birbaşa istifadə edərsinizsə, onları yaxşıca yaxalamaq, az miqdarda duz ilə suda islatmaq, yenidən suyun altında yuyub qurutmaq tövsiyə olunur. Və yalnız bu "gigiyenik prosedurlardan" sonra toxumları qida kimi yemək olar.

Bu iki səbəbdən qaynaqlanır:

  • Gigiyenik. Yuma prosesindəki zibil miqdarı sizi təəccübləndirəcəkdir.
  • Fermentasiya yolu ilə toxumları fitik turşusundan azad etmək üçündür. Ancaq bu tamamilə fərqli bir hekayədir.

P.S. qara zirə toxumlarının bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, xammal keyfiyyəti olmadığı təqdirdə istifadəsi effektiv olmayacaq. Buna görə etibarlı bir tədarükçü axtarın və satın alınan malların sertifikatlarını (və ya keyfiyyətə dair digər sübutları) tələb etməkdən çəkinməyin.

Mənbə: Здоровье в Радость

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR