Slimfit
  1. AVTO VƏ MOTO

Bütün sürücülər üçün vacib məsləhət - maneədə əyləcə basmayın

Bütün sürücülər üçün vacib məsləhət - maneədə əyləcə basmayın
Sakura

Bununla siz asmanın qayğısına qalırsınız və onun ömrünü uzadırsınız.

Maneədə əyləcə basma! - avtomobilin asmasının vəziyyətinə əhəmiyyət verən bütün avtomobil sahibləri (eləcə də bütünlükdə avtomobilin özünə ) bu hikməti yaxşı bilirlər.

 Doğrudur, ölkəmizin əksər bölgələrində yol örtüyünün vəziyyəti kifayət qədər yaxşıdır. Ancaq bəzi yerlər var ki, yollarda süni nahamarlıqlara rast gəlinir. Maşının asma sistemini zədələməmək üçün onları düzgün keçmək lazımdır.

 Asma onun üçün nəzərdə tutulub ki, avtomobil boşluqları, sərt yerləri, çala-çuxurları dəf edəndə təkərlərin titrəməsi maşının içində oturanlara gedib çatmasın,   onlar bunu hiss etməsinlər.  Onun işinin səmərəli olması həm sərnişinlər,  həm də asmanın  özü üçün faydalıdır.  Doğrudan da maneələrdə  əyləcə basmaq   ona dağıdıcı təsir göstərir, bütovlükdə onun yararlı işini və normal istismar müddətlərini aşağı salır. Nümunə olaraq "uzanmış polis"i  götürün.  Qarşısında əyləci basmaq olarr və zəruridir, ancaq hər hansı bir  maneə üzərindən keçərkən əyləc pedalı sərbəst buraxılmalıdır.  Bunu yalnız avtomobilin ön təkərləri maneəni keçib yenidən düz bir yol səthinə  "basanda" edə bilərsiniz.  Bir çox avtomobil sürücüsü buna heç diqqət yetirmirlər.  Və nahaq yerə.

 Məsələ burasındadır ki, əyləcə  basdıqda nəqliyyat vasitəsinin kütləsi kəskin şəkildə irəli gedir.  Bu, ön asmanı yükləyir və onun gedişini əlavə olaraq  məhdudlaşdırır.  Belə vəziyyətdə nahamarlıqları düzəltmək daha çətin olur.  Beləliklə, əgər maneənin üzərində əyləcə basılarsa avtomobilin asmasının ön hissəsinin yükü ikiqat artacaq - həm  "uzanmış polis"dən və  həm də çəkinin ön oxa  yerdəyişməsindən. Asmanın bütün hissələrindəki yük kifayət qədər qeyri-adekvat  olacaqdır.  Üstəlik sürücünün özünün təşəbbüsü ilə.

 Əgər əyləc buraxılsa, ki belə də olmalıdır, onda avtomobildə inersiya kütləsi arxa oxa bölüşdürüləcək və ön asma artan yük və "ikiqat zərbə" almayacaq.

 Yeri gəlmişkən,  "uzanmış polislər" dən  keçmək üçün belə bir hərəkət texnikasına laqeyd yanaşmaq olmaz.  Əgər yolun vəziyyəti icazə verərsə, maneəni perpendikulyar deyil, əksinə keçmək daha yaxşıdır.  Bu üsul asmanı yüklənmədən  qoruyacaq, çünki təkərlər növbə ilə nahamarlıqların  üzərindən keçəcək və asma həssas  frontal zərbə almayacaq, ancaq aşağıdan kiçik təkan alacaq, hansı ki bu daha yaxşıdır.

 Və nəhayət: yalnız bir təkər ilə "uzanmış polis" və ya hər hansı bir maneəni aşmaq üçün  fürsət olarsa, bundan istifadə edilməlidir.  Bununla siz  asmanın qayğısına  qalırsınız və onun  ömrünü uzadırsınız.

Mənbə: zen.yandex.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR