Dərc edildi: Baxış sayı: 4566
Bütün şəkər xəstələrinə Tioqamma sistemi köçürülə bilərmi?
Redaksiyamızın "Həkimə sual ver” online çat bölməsinə daxil olan suallardan növbəti sualı və cavabını təqdim edirik:
Sual: "İkinci dərəcəli şəkər xəstəsiyəm. Bilmək istərdim ki, istənilən şəkər xəstəsi Tioqamma sistemini köçürə bilərmi?”
Medicina.az-ın əməkdaşı bu suala cavab almaq üçün endokrinoloq Aysel Yunisovaya müraciət edib:
"Tioqamma sistemi müəyyən orqanlarında problem olan xəstələrdən başqa ağırlığından asılı olmayaraq bütün şəkər xəstələrinə tətbiq edilər bilər. Bu orqanlara böyrəklər, qaraciyər, göz və s. aiddir. 6 aydan tez olmamaq şərtilə bu sistem həkim təyinatı ilə xəstələrə təyin edilməlidir.
Bu preparat qanda olan şəkərin miqdarını tənzimləmək üçün tətbiq edilmir. Məlumdur ki, şəkər xəstələrində periferik sinirlərdə zədələnmələr meydana gəlir ki, buna bağlı olaraq da əllərdə və ayaqlarda ağrılar, yəni neyropantiya yaranır. Bu preparatın da funksiyası sinir ağrılarını aradan qaldıraraq xəstənin vəziyyətinin nisbətən yüngülləşdirməkdir”.
Qeyd edək ki, Tioqamma preparatının tərkibində tiokt turşusu və makroqol maddəsi daxildir.
Əks göstərişlər:
• uşaqlar
• hamiləlik və laktasiya dövrü
• preparata olan allergik reaksiya
• kəskin böyrək və qaraciyər çatışmazlığı
• miokard infarktının kəskin mərhələsi
• xroniki alkoqolizm
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət